XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


12.04.2024  18:23 

Ukrayna Prezident Qvardiyasının azərbaycanlı zabiti: “Ölümü qavramaq və anlamaq çətindir”





A+  A-

Kənardan hamının diqqətini çəkən onun geyimi idi. Hərbi geyim elə bil onun iri cüssəli bədəninə biçilmişdi. Qolundakı nişan isə Ukrayna Silahlı Qüvvələrinin zabiti olduğunu göstərirdi. Lakin o, azərbaycanlı idi və bizimlə ana dilində danışırdı…

Bu soydaşımız Ukrayna Silahlı Qüvvələrinin zabiti, azərbaycanlı Murad Nəsirovdur. Muradla söhbətimiz zamanı deyir ki, müharibə başlamasaydı, işinə zərgər olaraq davam edəcəkdi. Amma müharibə hər yerdə olduğu kimi Ukraynada da insanların həyat tərzini dəyişdi. Bu günlərdə Bakıda olmasının səbəbinin isə ailə ənənəsindən irəli gəldiyini bildirdi.

Murad 1995-ci ildə Lənkəranda doğulub və elə 6 yaşına qədər burada yaşayıb:

“Sonra Ukraynaya köçdük, amma atam hər il bizi Lənkərana gətirirdi. İndi də biz ailə olaraq bu ənənəni davam etdiririk. İmkan olduqca gəlirik”.

Murad ilk günlərindən müharibəyə könüllü getdiyini deyir. O, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ilk günündə dostu Dmitri Solonışinlə birlikdə Hərbi Komissarlığa gedib. Amma Silahlı Qüvvələr sıralarına könüllülərin axını o qədər sürətlə olub ki, döyüşçülərə verməyə silah-sursat çatışmayıb. Zaman baxımıdan heç hərbi komissarlıqların hamını qeydiyyata almağa belə vaxtı olmayıb:

“Bizə dedilər ki, gözləyin. Gözləmək isə gec ola bilərdi. Çünki Rusiya qoşunları bir-bir şəhərləri işğal edirdı. Hərbçilər döyüşlərdə həlak olurdu. Bütün bunları gördüyümüz halda sakit dura bilməzdik. İnsanın içindəki vicdanı qışqırırdı ki, dayanma, nə isə bir şey et, döyüş! Elə buna görə də əvvəlcə könüllü kimi müharibəyə qatıldım. Amma sonra müharibənin əsl siması ilə üzləşdim”.

Murad müharibəyə qədər hərbi təhsil aldığını deyir. O, Kiyevin Desnyan rayonunun 238 saylı orta məktəbini bitirdikdən sonra Daxili İşlər Akademiyasında və Milli Müdafiə Universitetində təhsil alıb.

Antiterror əməliyyatı zonasına könüllü kimi gələndə isə əsl müharibənin nə olduğunu görüb və öyrənib. Müharibəni heç də sivil həyatda keçdiyi hərbi təlimlərə bənzəmədiyini deyən Murad, ilk döyüşünü unutmadığını da söylədi:

“Bu, həqiqətən qorxulu idi, amma elə ilk döyüşdə biz bu qorxunu yendik. Allaha şükürlər olsun ki, ilk döyüşümüz həm mənim, həm də əsgərlərim üçün uğurlu oldu. Amma ağır döyüş yolu bu günə kimi davam edir”.

Bəlkə də dediklərinin başqaları tərəfindən asan qəbul ediləcəyini vurğulayan Murad, müharibədə ölümlə burun-buruna gəlmənin dəhşətli hiss olduğunun çoxlarının anlamadığı qənaətindədir:

“Ölümü ilk dəfə Kiyev vilayətində görmüşəm. Bu, həqiqətən qorxuncdur! Onu qavramaq və anlamaq çətindir...”

Azərbaycana səfəri isə heç də məzuniyyət dövrünə təsadüf etmir. Murad Donetsk vilayətinin Baxmut şəhərində döyüş tapşırıqlarını yerinə yetirərkən ağır yaralanıb. Son döyüşdə baş verənlərdən danışan zabit, zirehli avtomobilində döyüş mövqeyindən çıxarkən vurulduğunu deyir:

“Bu döyüşdə Donetsk vilayətindən olan döyüşçülərimi Baxmutdan çıxara bildim. 72 döyüşçüdən yalnız biri həlak oldu, sağ qalanların hamısı isə Müdafiə Nazirliyinin ordenləri ilə təltif edildi”.

Murad Nəsirov hazırda Bohdan Xmelnitski adına Prezident Briqadasının 23-cü Əlahiddə Batalyonunun 1-ci Artilleriya Batareyasının komandiridir.

Murad Nəsirov Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı “Fəxri döş nişanı” ilə təltif edilib.

Sonuncu döyüşlərdə göstərdiyi şücaətinə görə isə ona kapitan rütbəsi veriləcəyi gözlənilir, artıq bu barədə təqdimat da göndərilib. Soydaşımız həm də vurğuladı ki, o Ukraynada döyüşən 1000-ə yaxın azərbaycanlıdan biridir:

“Müharibədən əvvəl azərbaycanlılar Ukraynada necə seçilirdisə, indi də döyüşlərdəki şücaətləri ilə fərqlənirlər”.

Bəxtiyar MƏMMƏDLİ
Diaspora.tv




Xəbər 2304 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +