Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır


08.04.2024  18:11 

Sona Vəliyevanın “Qapı sirri” adlı yeni kitabı çap olunub





A+  A-

Şair, yazıçı, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Əməkdar jurnalist Sona Vəliyevanın “Qapı sirri” adlı hekayə və povestlərdən ibarət yeni kitabı çap olunub.

Xəzərnews.az xəbər verir ki, kitabda yer alan “Qapı sirri” əsəri müəllifin Qarabağ Zəfərinə ithaf etdiyi maraqlı bir üslubda qələmə alınmış povestdir.

Əsərin əsas məzmunu Vətən eşqinin, eləcə də vətəndaş-dövlət birliyinin milli düşüncə əsasında tərənnüm edilməsindən ibarətdir.

Yazıçı Azərbaycanın və dünya azərbaycanlılarının birliyinin gücünü real hadisələrin təsvirləri fonunda ortaya qoymuşdur.

Kitaba həmçinin müəllifin “Dinozavrların ölümü” adlı digər povesti və “Quşların duası” adlı alleqorik hekayəsi də daxil edilmişdir.

“Zərdabi” nəşriyyatında çap olunan kitabın redaktoru Sabir Şaxtaxtıdır.



Xəbər 2448 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +