“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


02.04.2024  11:50 

Diaspor dövlətin gücünə necə güc qata bilər?





A+  A-

Bildiyimiz kimi, hazırda diasporlar beynəlxalq münasibətlərin aktoru, siyasi təsir mexanizmi, “yumşaq güc” və iqtisadi potensial rolunu oynayır. Bu funksiyaları icra edən uğurlu diasporların təşəkkülü və formalaşması prososi dövlətlərin gücünə güc qatır. Lakin bu proses dövlətin inkişaf ilə paralel getməklə yanaşı, qarşılıqlı fayadalndırıcı təsir doğurmalıdır.

Beləliklə, tarixi Vətən-Dövlət öz diasporunun güclənməsinə dəstək olur, diaspor isə Vətəninin. Bu cür qarşılqlı münasibətlər dövlətin və millətin beynəlxalq çəkisinin artması və güclənməsi, ölkənin çiçəklənməsi ilə nəticələnir.

Bir çox xalqların bu səpkidə uğurlu təcrübələri də var.

Məsələn, Çin təfəkküründə rəsmi vətəndaşlıq əsas məsələ deyil, əsas olan nəsildir. Əgər kiminsə ulu babası Çində yaşayıbsa, o, çinli hesab olunur. Ona görə də Çində miqrantları xaricdə yaşayan ölkə vətəndaşları kimi qəbul edirlər. Onlar dillərini, mədəniyyətlərini, adətlərini nəsildən-nəslə ötürür, tarixi vətənləri ilə bağlarını qoruyub saxlayırlar.

Çinin yaratdığı “iqtisadi möcüzə”nin səbəblərindən biri də elə məhz diaspor-dövlət münasibətlərinin düzgün qurulmasıdır. Çin dövləti çinli biznesmenlərə tarixi vətənlərinə investisiya qoyması üçün ayrıca proqram işləyib hazrlayıb, onlara xüsusi güzəştlər tətbiq olunur. Həmin iş adamları da bunun əvəzində Çin mədəniyyətini xaricdə təbliğ edir, ölkənin iqtisadi tərəqqisinə töhfələr verir, çinli gənclərin xaricə oxuması və işləməsinə köməklik edirlər.

Bu gün Çin ABŞ-a ən çox tələbə göndərən ölkədir (ildə 330 min). Onlar riyaziyyat, tibb, mühəndislik kimi ixtisaslar üzrə təhsil alırlar. ABŞ-dakı Çin miqrantlarının yarıdan çoxunun ali təhsili var.

Yaponiya da bu istiqamətdə ciddi nailiyyətlər əldə edib. Yaponların ABŞ-dakı diasporunun fəaliyyətindən bir misal çəkək. Gündoğar ölkənin Birləşmiş Ştatlardakı lobbisi tərkib quruluşuna görə amerikalıların adətən “Yaponiya korporasiyası" adlandırdıqları sistemdən ibarətdir. Bu ifadə altında yapon dövlət orqanları və özəl təşkilatlarının vahid cəbhə şəklində fəaliyyəti nəzərdə tutulur. Bu sistemin çalışmasında Yaponiya səfirliyinin rolu mühüm əhəmiyyət kəsb edir. Diaspor fəallarının, yapon iş adamlarının da daxil olduğu bu vahid orqanizmdə Yaponiya Xarici Ticarət və Sənaye Nazirliyinin məmurlarının fəaliyyətini xüsusi vurğulamaq lazımdır.

Diaspor-dövlət münasibətlərinin ən mükəmməl və öyrəniləsi nümunəsi isə yəhudi diasporudur. Yəhdu dövləti yaradıldıqdan 2 il sonra - 1950-ci ildə qəbul edilən qanuna görə, diasporadakı hər bir yəhudi istədiyi zaman İsrailə qayıtmaq, burada yaşamaq və vətəndaşlıq almaq haqqına sahibdir. Hər bir yəhudi İsrail qanunlarını və adətlərini qəbul edərək vətəndaşlıq ala bilər. İsrail dövləti burada təhsil almaq istəyən yəhudilərə xüsusi ayrıcalıq tanıyır. Öz dövlətlərinin öz övladlarını qucaqlayıb qolladığını görən yəhudilər də Ata Yurdları üçün fəaliyyəti özlərinin müqəddəs vəzifələri hesab edirlər.

Bu faydalı tərcrübələrin bizdə tətbiqi çox yaxşı olar, həm dövlətimiz, həm də xalqımız üçün müsbət nəticələr doğurardı.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun hökumətimizə göndərdiyi təkliflər arasında da bu səpkili konspetual maddələr var. Uzun müddətdir ki, diaspor fəaliyyəti ilə məşğul olan və sözügedən sahənin problemlərinə dərindən bələd olan Fond təsisçiləri təklif edir ki, xaricdə yaşayan azərbaycanlılara “Soydaş kartı”nın verilməsi (bununla həm onların sayını və fəaliyyətini müyyənləşdirmək, həm də diaspor prosesində iştiraklarına nail olmaq olar) prosesi sürətləndirilməlidir. Təklifə görə, “Soydaş kartı” daşıyıcısı olan azərbaycanlılara Vətəndə bəzi güzəştlərin tanınması təmin edilməlidir (Azərbaycan sərhəddini keçəndə, tibbi sığorta alan zamanı, viza alanda, şəxsi mobil telefonların gömrük rüsumundan azad edilməsi, muzeylərdən və digər sosial obyektlərdən istifadə zamanı güzəştlərin tətbiqi və s.). Fond həmçinin, viza məsələləri ilə bağlı xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə müvafiq razılaşmaların əldə edilməsini, xaricdə yaşayan və işləyən azərbaycanlıların valideynləri, yaxın qohumlarının onları ziyarət etmələri üçün viza müddətinin 3-5 ilə qədər uzadılmasına nail olunmasını vacib sayır.

Diaspor üzvü olan və xaricdə yaşayan azərbaycanlıların Vətənə giriş-çıxış prosedurlarının sadələşdirilməsi, onların ölkədə qalma müddəti ilə bağlı qanunvericiliyə yenidən baxılması (cərimə sanksiyalarının yumşaldılması və s.), şəxsi avtomobili ilə Azərbaycana gələn xarici ölkə vətəndaşı olan soydaşlarımızın “torpaq basdı” və müəyyən məbləğlərdə depozit qoymaq kimi ödənişlərin ləğv edilməsi, xarici ölkə vətəndaşı, yaxud da daimi yaşayış icazəsi olan ailələrin digər yaxın qohumlarına (1-ci dərəcəli) Azərbaycanda daimi yaşayış izni verilməsi də təkliflər arasında yer alır.

Azərbaycana investisiya yatırmasının təşviqi üçün onlara əlverişli biznes mühitinin yaradılması, ölkəmizə gələn soydaşlarımızın qeydiyyat prosedurlarının sadələşdirilməsi yolları, xarici vətəndaş olan azərbaycanlılara Azərbaycan ali təhsil müəssisələrində güzəştlər tətbiq olunmasına dair təkliflər də diqqəti çəkir.

Göründüyü kimi, Fondun hökumətə göndərdiyi bu təkliflər heç də yenilik deyil və diaspor sahəsində böyük nailiyyətlər qazanmış dövlətlər və diasporlar bu güzəştləri çoxdan tətbiq edərək hüquqi-normativ akt şəklinə salıblar.

Diaspora.TV-nin
Analitik Qrupu


Xəbər 1233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.10.2024  12:45 

Mən ölümdən qorxmuram -Nazənin

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +