Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı


21.03.2024  12:13 

Sabahın hava proqnozu açıqlanıb





A+  A-

Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Xəzərnews.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru isə arabir yağış yağacağı ehtimalı var.

Axşam bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın bəzi rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Xəbər 2830 dəfə oxunub.




17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +