Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.03.2024  14:27 

Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir





A+  A-

Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir, “Vahid Çin” siyasətini müdafiə edir və bir-birinin əsas maraqlarına aid məsələlərdə Çini qətiyyətlə dəstəkləməyə hazırdır.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xarici işlər nazirinin müavini Sun Veydonqla (Sun Weidong) görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan Çin ilə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji kimi sahələrdə əməkdaşlığı genişləndirməyə, ümumi inkişaf və rifaha nail olmağa hazırdır.

S.Veydonq isə qeyd edib ki, Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında iki ölkə bütün səviyyələrdə sıx əlaqələr saxlayır, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıqda mühüm irəliləyiş əldə edib və beynəlxalq səviyyədə səmərəli koordinasiya həyata keçirib:

“Pekin iki dövlət başçısı arasında əldə edilmiş ümumi razılaşmalara əməl etmək, strateji baxımdan bütün sahələrdə sabit, dərin və güclü ikitərəfli əməkdaşlığı təşviq etmək və Çin-Azərbaycan münasibətlərinin səviyyəsini daim yüksəltmək üçün əməkdaşlıq etməyə hazırdır”.

Xəbər 2865 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +