Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


18.03.2024  17:47 

Pakistan Əfqanıstanla sərhəddə antiterror əməliyyatı keçirdi





A+  A-

Pakistan ərazisinin atəşə tutlmasına cavab olaraq Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları keçirib.

Xəzərnews.az TASS-a istinadla xəbər verir ki, bu barədə Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Departamentin saytında dərc edilən bəyanatda deyilir:

“Bu səhər Pakistan Əfqanıstanın sərhəd bölgələrində antiterror əməliyyatları keçirib. Bugünkü əməliyyatın əsas hədəfi “Təhrik-i-Taliban Pakistan” qruplaşması ilə birlikdə Pakistanda çoxsaylı terror aktlarına görə məsuliyyət daşıyan Hafiz Gül Bahadur qruplaşmasının terrorçuları olub.

Həmin terror aktları nəticəsində yüzlərlə mülki şəxs və hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub.
Pakistan XİN-dən bildirilib ki, terrorçular respublikanın təhlükəsizliyinə ciddi təhlükə yaradır:

"Pakistan Əfqanıstanın suverenliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verir. Biz dəfələrlə Əfqanıstan hakimiyyətini ərazilərindən Pakistana qarşı terrorizm üçün plasdarm kimi istifadə edilməməsi üçün konkret tədbirlər görməyə çağırmışıq".

Martın 18-nə keçən gecə Pakistan Hərbi Hava Qüvvələri iki ölkənin sərhədi yaxınlığında yerləşən Ləman (Paktika vilayəti) və Pasa Mella (Xost vilayəti) yaşayış məntəqələrinə zərbələr endirib.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid hücum zamanı 3-ü uşaq olmaqla azı 8 nəfərin öldürüldüyünü bildirib.

Xəbər 2685 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +