Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.03.2024  17:44 

Pakistanda terror hücumu





A+  A-

Pakistanda terror hücumu nəticəsində azı 7 hərbçi həlak olub.

Xəzərnews.az xarici mediaya istinadla xəbər verir ki, Pakistan ordusunun məlumatına görə, yaraqlılar şənbə günü səhər saatlarında partlayıcı və kamikadze ilə yüklənmiş maşından istifadə edərək Əfqanıstanın yaxınlığında hərbi posta hücum ediblər və nəticədə təhlükəsizlik qüvvələrinin 7 əsgəri həlak olub.

Pakistanın şimal-qərbindəki insidenti altı terrorçu törədib. Məlumatda deyilir: “Terrorçular partlayıcı yüklənmiş avtomobili posta yönəldiblər, ardınca bir neçə kamikadze hücumu olub və nəticədə binanın bir hissəsi uçub. Sonra terrorçularla əsgərlər arasında atışma baş verib”.

Pakistan hökuməti və təhlükəsizlik rəsmiləri son aylarda terror hücumlarının artdığını, onların əksəriyyətinin Pakistan Talibanı (TTP) tərəfindən törədildiyini bildiriblər. Bu hücumlar İslamabad və Kabildəki Taliban hərəkatı arasında münasibətləri də korlayıb.

Xəbər 2608 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +