Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.03.2024  13:33 

Baş Prokurorluq vətəndaşlara müraciət edib





A+  A-

Baş Prokurorluq bələdiyyə torpaqları ilə bağlı vətəndaşlara müraciət edib.

Qurumdan "Xəzərnews.az"a verilən məlumata görə, müraciətdə "Vətəndaş müraciətindən sonra bələdiyyə tərəfindən torpaq sahəsinin verilməsindən imtina olunarsa və ya korrupsiya faktı ilə qarşılaşarsa, hansı qaydada şikayət edilə bilər?" sualına aydınlıq gətirilib.

Bildirilib ki, torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana (Ədliyyə Nazirliyində Bələdiyyələrlə İş Mərkəzi) və ya məhkəməyə, korrupsiya faktı ilə qarşılaşdıqda Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng etməklə və ya birbaşa şikayət verilə bilər.

Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir.

"Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtinanın qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edir. Sonuncu halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir", - müraciətdə vurğulanıb.

Xəbər 2462 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +