Prezident gürcü naziri qəbul etdi
“Respublika“ “Xalq“ qəzetinə birləşdi - FƏRMAN
“Yelo Bank” ən çox şikayət edilən bank oldu
Krasnodarda 18 ton Azərbaycan şaftalısını məhv ediblər
Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi


09.03.2024  14:28 

Keçmiş qanuni təmsilçisi “Neolit“i və Fərdi Məlikovu məhkəməyə verdi





A+  A-

"Neolit" şadlıq sarayından və onun sahibindən maddi və mənəvi ziyan tələb edilir.

Xəzərnews.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tələbkar şadlıq sarayının keçmiş qanuni təmsilçisi Mirzə Feyzullayevdir.

O, "Neolit" MMC-ni və onun sahibi Yaşar Məlikovun oğlu Fərdi Məlikovu məhkəməyə verib. Fərdi Məlikov hazırda "Neolit" MMC-nin qanuni təmsilçisidir. Mirzə Feyzullayev isə 2015-ci ilə qədər şirkəti təmsil edib.

Onun hansı səbəbdən işdən çıxdığı və iddia tələbinin hansı əsaslara söykəndiyi bəlli deyil. Məlum olan odur ki, Mirzə Feyzullayevin iddiası birinci məhkəmə instansiyası tərəfindən təmin edilməyib. O, apellyasiya şikayəti verib. Mirzə Feyzullayevin şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Aprelin 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Azad İmanovun sədrliyi ilə keçiriləcək.

"Neolit" Bakının ən populyar şadlıq saraylarından biridir. Şadlıq sarayının sahibi Yaşar Məlikov 2022-ci ildə borc qalmaqalı ilə gündəmə gəlmişdi. Həmin vaxt mediada gedən məlumatlara görə, Yaşar Məlikov "Neolit"də yeni zal inşa edən iş adamları Rəfael Əliyevlə Orxan Atayevə gördükləri işin müqabilində verilməli olan maliyyə vəsaitini ödəmir.

İş adamları məsələ ilə bağlı yuxarı instansiyalara müraciət edəcəklərini deyiblər. Bu işin nəticəsi barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Xəbər 2688 dəfə oxunub.




11.07.2025  12:01 

Prezident gürcü naziri qəbul etdi

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +