Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.03.2024  23:43 

Odessaya raket hücumu olub -Ölənlər var





A+  A-

Rusiya silahlı qüvvələri martın 6-da Odessanın liman infrastrukturuna raket hücumu həyata keçirib. Hücum nəticəsində ölənlər var.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

“Düşmən şəhərin liman infrastrukturuna hücum edib. Beş ölü var”, - D.Pletençuk əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın terror aktı nəticəsində yaralananların sayı hələ də müəyyənləşdirilir. Eyni zamanda, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya hərbi cinayətinin bütün hallarını müəyyən etmək üçün istintaq hərəkətləri həyata keçirirlər.

Xatırladaq ki, Odessaya raket zərbəsi zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakis Mitsotakis şəhərdə olublar.

Yunanıstan mediası bildirib ki, zərbənin Yunanıstan nümayəndə heyətinin 150 metrliyində yerləşən Prezident Zelenskinin karvanına yönəldiyi iddia edilir.

Xəbər 2653 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +