Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.03.2024  17:05 

Zelenskinin kortejinə PUA hücumu





A+  A-

Prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gələn Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Odessa atəşə tutularkən xəsarət almayıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Proto Tema” qəzeti Yunanıstan nümayəndə heyətinin üzvünə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətinin 150 metrliyində olan korteji günorta saatlarında pilotsuz təyyarənin hücumuna məruz qalıb. Yunanıstan nümayəndə heyətinin üzvü Stavros Papastavrou qəzetə deyib: “Bizdə hər şey qaydasındadır".

Mətbuat həmçinin qeyd edir ki, Yunanıstanın baş nazirinin Ukrayna prezidenti ilə görüşündən bir qədər əvvəl Odessada güclü partlayış baş verib. Ərazidə dərhal hava hücumu xəbərdarlığı elan edilib.

Daha əvvəl newsit.gr informasiya portalı Mitsotakisin Ukraynaya Zelenski ilə Odessada görüşmək üçün gəldiyini bildirib.

Xəbər 2655 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +