“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


22.02.2024  15:41 

Prezident xəstələnməsəydi, MN-də yoxlamalar başlayacağdı... - Sabiq nazirdən şok





A+  A-

"BakuPost” TV-nin YouTube kanalında və sosial şəbəkə hesablarında yayımlanan “45 dəqiqə 3-cü sektorda…” verilişinin növbəti qonağı sabiq maliyyə naziri Fikrət Yusifov olub.

F.Yusifovla devalvasiya ilə bağlı gəzən şayiələr, Mərkəzi Bankın açıqlaması, köhnə buraxılışlı dollar əskinasları ilə bağlı narahatçılıqlar müzakirə olunub.

Müsahibədə həmçinin Azərbaycan hökumətinin manatı “üzməyə” qoymaması, lakin qiymət artımına tolerant yanaşmasının səbəbləri barədə söhbət aparılıb.

F.Yusifov iqtisadiyyata birbaşa xarici investisiyaların azalması, daxili dövlət borclanmasının kəskin şəkildə artması, Maliyyə Nazirliyinin yüksək faizlə daxili borc yığması, daha aşağı faizlə xarici borcları ödəməsinə münasibət bildirib.

Söhbət zamanı Mərkəzi Bankın faiz qərarlarının hələ də ölkədə kredit və depozit faizlərinə təsir etməməsi, kredit ayrılan zaman komissiya haqqı, nağdlaşma vergisi və digər xidmət haqlarını müştərinin balansından çıxması kimi vətəndaşları narahat edən məsələlərə münasibət bildirilib.

Sabiq nazir hazırda Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı 15 il bundan əvvəl çaldığı “həyacan təbili”ndən, sabiq müdafiə naziri Səfər Əbiyevlə Müdafiə Nazirliyindəki maliyyə pozuntuları səbəbindən çəkişmələrindən, məhz bu problemi qaldırdığı üçün nazir postu ilə vidalaşmasından söhbət açıb.

F.Yusifov illər əvvəl dövlət çevrilişinə cəhddə birgə ittiham olunduğu sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və sabiq səhiyyə naziri Əli İnsanovla hazırkı münasibətlərindən də bəhs edib.



Xəbər 2511 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +