“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


20.02.2024  12:13 

İranın Fələstinə dəstəyinə inanmaq anormallıqdır... - Mübariz Əhmədoğlu





A+  A-

2023- cü ilin oktyabrın 7-də HƏMAS İsrailə hücum etdi və iki gün İranın dini və siyasi rəhbərlərinin böyük sevincinə səbəb oldu. Sonradan baş verənlər İran rəhbərliyinin gözləmədiyi istiqamətdə gedir. Vaxtilə ərəblərə qarşı İsrail üçün hər cür zavod, nüvə obyektlərini tikən İran indi də İsrail üçün Qəzza sektorundakı yeraltı tuneli hədiyyə etdi. İran Qəzza sektorunda İsrailə qarşı yeraltı tunellər tikmişdi. Bu tunellər də axırda İsrailə qismət oldu. Bunu da İran gələcək danışıqlarda İsrail üçün hədiyyə kimi təqdim edəcək.

İranın Fələstinlə bağlı mövqeyinin dəyişikliyi göz qabağındadır. İran İslam İnqilabının rəhbəri Seyid Ruhulla Musəvi Xomeyninin Fələstin mövzusunu dünya müsəlmanlığının bir nömrəli məsələsi elan etməsi az müddətdən sonra İran rəhbərliyi tərəfindən doktrinaya çevrildi və prinsipləri də bəllidir: 1947-ci ildə Fələstin ərazisində yaşamış müsəlman, yəhudi, xristianların törəmələrinin iştirakı ilə referendum keçirilməli və 1947-ci il sərhədində Fələstin dövləti yaradılmalıdır.

İndi İran Fələstin muxtariyyətinin, Səudiyyə Ərəbistanın liderliyi ilə ərəb dövlətlərinin, ABŞ başda olmaqla Qərb dövlətlərinin razılığa gəldiyi “1967-ci il sərhədində Fələstin dövləti yaradılmalıdır” tezisini qəbul edib. İranın Xİ naziri ərəb dövlətləri ilə keçirdiyi görüşdə, prezident İ.Rəisi Türkiyədə keçirdiyi görüşdə bu mövqe dəyişikliyini müzakirə etdi. Hazırda İranın üstünə ABŞ və Çin tərəfindən qoyulan məsələ İranın proksi qüvvələrinin sakitləşdirilməsidir. Proksi qüvvə HƏMAS, İslami Cihad, Hizbullah, husilər, həşdü-şəbi (İraq) və Suriyadakı bəlli qüvvələr sakitləşməlidir. İranın bu mövzuda bir neçə müraciəti var. Husilər və ya İraq ərazisində həşdü-şəbi qüvvələri aktiv olduğu dövrdə İran onların fəaliyyətindən məsafə saxlayır, müstəqil qərar qəbul etmək iqtidarında olduğuna istinad edir. Husilərə İran yemək, içmək, ərzaq, dərman vermədi.

Əvəzində sərəncamında olan ən uzaq vuran müasir raketlərini verdi. Husilər heç vaxt belə raket əldə edə bilməzdi. Adekvat fikri İraqdakı həşdü-şəbi, Suriyada İrana məxsus qüvvələr, Hizbullah və HƏMAS barəsində də demək mümkündür.

ABŞ-ın apardığı siyasətin mahiyyəti də bundan ibarətdir ki, İran tədricən Yaxın Şərqdə proksi qüvvələrini aradan qaldıracaq və özünün də hərbi gücünü azaldacaq.

Yaxın Şərqdə baş verən proseslərlə bağlı iki ən böyük güc sahibi arasında razılıq əldə olunub. Söhbət ABŞ və Çindən gedir. Hər ikisi Yaxın Şərqdə proseslərin dinc yolla tənzimlənməsinə çalışırlar və mümkün qədər hərbisizləşdirilmiş Yaxın Şərqdə maraqlıdır. Yaxın Şərq dünyanın neft, qaz mənbəyidir. Neft, qaz üçün də bütün kommunikasiyalar da təbii ki, bu ərazidən getməlidir. İran səviyyəsində hərbiləşmək ilə ABŞ və Çinin region üzrə maraqları uyuşmazdır. Ona görə ABŞ Çinə, Çin ABŞ-a müraciət edir. ABŞ Səudiyyə Ərəbistanını bir müddət silahsızlaşdırdı, Çin də İrandan delimilitarizasiyanı tələb edir. İranın indiki siyasəti məhz bunun üzərində qurulub. Ona görə də İran bütün diqqəti Azərbaycanın üzərinə yönəldib. İranın HƏMAS-İsrail müharibəsi başlayanda ən böyük uğuru ərəb dövlətləri ilə İsrail arasında normallaşma prosesini dayandırdı. Amma Azərbaycan-İsrail münasibətlərinə müdaxilə edə bilmədi.

İndi İran belə düşünür ki, ərəb ölkələri ilə İsrail “İbrahim müqaviləsi”nə bir daha qayıda bilməyəcəklər. Əslində qayıdıblar və proses də o istiqamətdə gedəcək. İranın əsas məqsədi Azərbaycan və Türkiyənin İsraillə əlaqələrini əbədi bərbad vəziyyətə salmaqdır.

Bütün diqqəti Azərbaycanın üzərinə yönəldi. Təbii ki, İran yalan üzrə qalaktika çempionudur. Allahı, Quranı, hər şeyi danırlar. Çox böyük ehtimalla hamısı gündəlik ibadətləri çox yüksək səviyyədə reallaşdırırlar. Şeytanın ibadəti timsalında Allahın hansı ibadəti qəbul etdiyini də düşünsünlər.

İran ərazisində bir dəfə də olsun əhali Qəzzaya dəstək aksiyası keçirməyib. 7 oktyabrdan sonra cəmi bir dəfə cümə namazından çıxan adamların adından etiraz aksiyası görüntüsü yaratdılar. Sonradan əhali çıxmadı. İran dövləti də əhalini cümə namazından sonra Qəzzaya dəstək aksiyasına çıxara bilmədi. Çünki İranın indiki hökuməti əhalisindən hədsiz dərəcədə qorxur. Bu o səviyyədədir ki, İranın ali dini rəhbəri qapalı sarayda dəvət olunmuş adamların iştirakı ilə keçirilən zal hər 4-5 metrdən bir hasarlanıb. Əhali kütləvi surətdə ali dini liderə hücum edə bilər.

İranın İraq Kürdüstanına, Suriyaya, Pakistana atdığı raketlər də hazırkı dövrdə öz işini gördü. Ən böyük işi HƏMAS-ın İsrailə hücumu oldu. Çünki əhali ac vəziyyətindədir. Əhali İranın qanuni və qeyri-qanuni satdığı neftin pulunu İran dövlətinin, xalqının mənafeyinə xərclənməsini istəyir. Hizbullah, HƏMAS, Suriyaya, İraqa pul verilməsinin əleyhinədir.

İran hökuməti isə tam tərsinə, Suriyaya, proksi qüvvələrə pulu xərcləyir, əhalisinə isə pulu xərcləmir.

HƏMAS və İslami Cihadın Fələstin muxtariyyətinin rəhbərliyi ilə əlaqəsinin qurulması da İranın siyasətinə ziddir. Bütün müsəlman dünyasını birliyə, həmrəyliyə çağıran İran Fələstinin içərisində iki hakim qüvvənin bir-biri ilə görüşməsinə İran icazə vermir.

HƏMAS Fələstin prezidentini tanımır. İran belə əmr edib. İsmayıl Haniya, onun başında duranlar tam İranın tabeçiliyindədir. 9 oktyabrda şükranlıq namazını şiə namazı kimi qıldılar və təxminən 10-12-si oktyabrda da artıq İ.Haniya Tehranda idi. Ali dini lider və prezident İ.Rəisi onu qəbul etdi.

İndi İran Fələstində müəyyən qrup əhalini Azərbaycanın üstünə qızışdırır, mətbuatı bütöv Azərbaycandan yazır. Livan və Fələstində müəyyən qrup arasında İran böyük təsirə malik olub. Hizbullah həmişə Livanda daşnaklarla koalisiyada olub. Livan hökuməti, Livan erməniləri və daşnaklarının da Azərbaycan torpaqlarının işğalında rolu hamıya bəllidir. Tanınmış erməni adlarına fikir versinlər. Fələstin heç zaman erməni işğalı fonunda Azərbaycana dəstək verməyib. İran bütün bunları bilir və bilirdi ki, nə vaxtsa Fələstinə dəstək lazım olacaq. Əgər doğrudan da İranın mövqeyi Fələstinin başına bütün İslam dünyasını yığıb, Fələstin torpaqlarını, dövlət qurmaq olsaydı, bütün bunları nəzərə almalı idi.

Fələstinin ermənilərə dəstəyindən bizim zərrə qədər narahatlığımız olmayıb. Çünki Fələstinin ermənini dəstəkləməsi təbii siyasətdir. Erməni və yəhudilərin dili ilə desək Yerusəlimdə erməni məhəlləsi var və erməni məhəlləsi Yerusəlimin mərkəzindədir.

Ermənilər “Qüds” termini işlətmir. Mərkəzdə yerləşən erməni məhəlləsi Yerusəlimin, yəni Fələstin və İranın, dediyi kimi Qüdsün bölünməsində vacib rol oynaya bilər. Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfat, Mahmud Abbasın ermənilərlə bağlı müsbət fikirləri var. Biz bunu da anlayışla qarşılamışıq. İranın Fələstinin adından Azərbaycana qarşı hücumundan söhbət gedə bilər və fələstinlilər də bunu başa düşməlidir.

Azərbaycan dövlətinin, hakimiyyətinin mövqeyi Fələstin mövzusunda sırf Fələstinin yanındadır. Fələstinə də hər aksiya zamanı yardım edib. İran o yardım aksiyalarının heç birində iştirak etməyib. Çünki İran ancaq HƏMAS və İslami Cihadı tanıyır. Təxminən çox kiçik bir ərazidə olan hakimiyyəti tanıyır. Fələstin dövlətini, başçısını tanımır. İranın əsas işi onun siyasətinin bəlli olmamasından istifadə edib, müsəlman dünyasını, beynəlxalq ictimaiyyəti aldatmasıdır. Fələstinlilər başa düşməlidir ki, İsrail Qəzza sektorunda belə amansız olmasının səbəbi ərəblər deyil, məhz iranlılardır. İsrail Fələstində iranlılara qarşı mübarizə apardığı kimi mübarizə aparır. Bu gün də orada İranın izi bəllidir, hər yerdə görünür. Vuruşan əhalidə də İranın izlərini İsraildə kimlərsə görür. Çünki 29 min adam şəhid olub, onlardan hələki bu günə qədər 7 min nəfəri naməlumdur, yerli əhali tanımır. Başqa sözlə, kənardan gəlmədir. İsrail bunu da İranın adı ilə bağlayır. İsrail sanki ərəbə deyil, iranlıya qarşı vuruşur. İsrailin qəddarlığının kökü burada axtarılmalıdır.

Konseptual baxımdan da İranın, digər ərəb dövlətlərinin də anlayışla qarşılamalı olduğu məsələ var: Fələstin ərazisi yəhudilərlə birlikdə təxminən 450-500 il osmanlı imperiyasının tərkibində müsəlmanların tabeçiliyində olub. Yəhudilərin o torpağa 75 il rəhbərlik etməsi tarix prizmasından İslam, xristian qarşılıqlı kontekstindən o qədər də böyük dərin nifrət yaradası məsələ olmamalıdır. Əgər İslam, xristian, yəhudi kontekstindən baxdıqda İranın şiə torpağını 30 il işğal altında saxladığı Ermənistana etdiyi yardımın miqdarı ABŞ-ın Ermənistana etdiyi yardımın miqdarı ilə eynidir. Bəlkə də bir az daha çox effekt yaradıb. Ermənilər İranı “həyat yolu”, “xilaskar” adlandırıblar.

Fələstinlilərə sözümüz budur ki, İrandan aralansınlar. Onların xilası, dövlət qurması İrandan aralanmalarından asılıdır. İrana Fələstin xalqının, əhalisinin siyasi oyunlarda olması lazımdır. İrana o regionda maşa lazımdır. İran Fələstin siyasətini alverə çıxarıb.

Netanyahunun rəhbərlikdən getməsi 30 min şəhid verilib. Məsələ hələ bağlanmayıb.

İrana da müraciətimiz budur ki, biz vəziyyəti bilirik. İran ABŞ-ın təsiri altına düşəcək və yaxud acından öləcək. Çünki Çin ondan neft almayacaq, onunla ticarətdə olmayacaq. Çinə görə digər ərəb dövlətləri də İranla indi olan cüzi iqtisadi əlaqələrini dayandıracaqlar. İran ciddi yol seçməlidir. Azərbaycana qarşı hərbi siyasi vəziyyəti gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil. Azərbaycana atdığı bir raketin əvəzində Cənubdan, Qərbdən və Şərqdən, 3-4 istiqamətdən ərazisinə raketlər gələcək. Ola bilər həmin anda gəlməsin, sutka ərzində raketlər gəlməlidir.

Otuz il düz sərhədində şiə müsəlman torpağının xristian tərəfindən işğalda qalmasına yardım edən İranın Fələstinə dəstək verməsinə inanmaq anormallıqdır.

HƏMAS və İslami Cihadın üzvləri İranın Fələstin dövlətinə münasibətini öyrənsinlər. İran Mahmud Abbası qondarma prezident adlandırır, tanımır. İranın Fələstində səfiri yoxdur.

Fələstinin isə Tehrandakı səfirliyi yalnız formal mövcuddur. İrana sadəcə İsrailə qarşı maşa lazımdır və hazırda da onu HƏMAS icra edir. Məqsədi isə ABŞ-ı və İsraili özü ilə, yəni İranla dialoqa məcbur etməkdir. Buna da nail oldu. Çünki Çin, Hindistan, ABŞ üçbucağında baş verən prosesləri İran dərk etmək gücündə deyil. Bütün ağlı yalnız hərb üzərində qurulub. İran ABŞ qarşısında proksilərini, HƏMAS-ı sıradan çıxarmağı, neytrallaşdırmağı söz verib. Əvəzində də ABŞ sanksiyaları götürəcək, bəlkə də İranı şah dövründə olduğu kimi regional canişinliyə, ərəblərə, türklərə qarşı “qamçı” vəzifəsinə qaytaracaqdır.

İranın siyasətçilərinə də məsləhətimiz budur ki, bir az Allaha yaxınlaşsınlar. İran-İraq müharibəsini yada salsınlar. Boş əllə dediklərinə görə Səddam Hüseynə qalib gəliblər.

Əlləri də boş olsa qəlblərində Allah var idi və Allah onlarla idi. İndi silah İran rəhbərlərinin ağlından, qəlbindən Allahı çıxarıb. Silahları var, onlar üçün Allah yoxdur.

Özlərini Allahdan üstün bilirlər. Düşünürlər ki, onlar hətta kələklə Allahı da aldada bilirlər. Çin və ABŞ-ın qoyduğu doktrinalar arasında ən uyğun yolu İran özünün digər qonşularına tərəf dönməklə Allahın dediyi, yazdığı kimi siyasət aparmaqla vəziyyətdən çıxa bilər. Bu qonşulardan da ən vacibi Azərbaycan və Türkiyədir. Zəngəzur torpağının Azərbaycandan başqa sahibi olmayıb. Bunu arxivlər də göstərir, 1923-cü ildə SSRİ-nin tərkibində olarkən imzalanmış müqavilə bunun əyani sübutudur. İran bunu danır. Zəngəzurla bağlı Azərbaycanın sənədi var.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi
Mübariz Əhmədoğlu


Xəbər 538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +