Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


16.02.2024  11:46 

Prezidentin nitqindəki anti-Qərb məzmunu... - Nəyin anonsu sayıla bilər?





A+  A-

Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqi daha çox anti-Qərb məzmunu, xüsusilə də ABŞ və Avropa İttifaqına ünvanlı tənqidi ritorikayla diqqət çəkdi.

Bu çıxış 2020-ci il savaşından sonra bölgədə yaranmış reallıqları qəbul etmək istəməyən, ölkədə sistemli şəkildə Avroatlantik məkana inteqrasiya təbliğatı aparan, Azərbaycanın ənənəvi qaydada qonşuları Rusiya və İrana qarşı cinahda yer almasını təşviq edənlər üçün də ciddi xəbərdarlıq siqnalı olmalıdır.

Azərbaycanın həyatında yeni bir dövrün başladığını, bu dövrə xalqımızın alnıaçıq, üzüağ, başı dik daxil olduğunu və qarşıdakı mərhələdə böyük nailiyyətlərin olacağına şübhə etmədiyini xüsusi vurğulayan Prezidentin andiçmə nitqindəki ən mühüm mesajlarından biri, şübhəsiz ki, bundan sonra ölkənin xarici siyasət kursunda tutulacaq əsas istiqamət barədə söylədikləridir.

Prezident İlham Əliyevin “Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz” cümləsi ABŞ-ın təkqütblü dünya iddiasına və bu iddiasını gerçəkləşdirməkdə də hazırda 27 dövlətin birləşdiyi Avropa İttifaqından necə istifadə etdiyinə, ölkələrə necə təzyiq göstərdiyinə açıq işarəsi və etirazı olmaqla yanaşı, həm də Azərbaycanın bundan sonra NATO-ya və Avropa İttifaqına üzvlüyə can atmayacağının növbəti rəsmi elanıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev eyni məzmunlu bəyanatını ilk dəfə növbədənkənar seçki qərarını verməzdən bir gün qabaq – 2023-cü ilin 6 dekabrında ADA Universitetindəki çıxışı zamanı da səsləndirmişdi: “Azərbaycanın xarici siyasət konsepsiyasında, çox praqmatik səbəblərə görə, Avropa İttifaqına üzv olmaq hədəfi yoxdur”...

Beləliklə, Prezidentin andiçmə mərasimində Qərb institutlarını və təhlükəsizlik çətirini diplomatik tənqidləri fonunda xüsusilə də bünövrəsi 2009-cu ildə Naxçıvanda qoyulmuş Türk Dövlətləri Təşkilatını (TDT) “Bu, bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” formasında təqdimatı və ardınca da İslam Əməkdaşlıq Təşkilatının birləşdirici rolunu xüsusi vurğulaması Azərbaycanın yeni dövrdə Avropa İttifaqı – Rusiya – Çin sərhədləri coğrafiyasında həm türk, həm də İslam sivilizasiyasına əsaslanan yeni bir geopolitik güc mərkəzinin ortaya çıxması üçün əsas koordinator ölkə missiyasını öz üzərinə götürməyə hazırlaşdığının çox aydın anonsu sayıla bilər.

Əgər Azərbaycan hazırda TDT-də birləşmiş 5 daimi (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) və 3 müşahidəçi üzv (Macarıstan, Şimali Kipr, Türkmənistan) ölkəni türk, bu təşkilatla həmsərhəd İran, Pakistan, Əfqanıstan və Tacikistanı isə İslam amili ilə yaxınlaşdırmağı, aralarında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılmasını bacaracaqsa, bu, Çindən gəlib Avropaya gedən bütün quru yollara nəzarət edəcək, təxminən, 500 milyonluq müsəlman əhaliyə sahib əməkdaşlıq formatının, hətta gələcəkdə AB modelli ittifaqın ortaya çıxması demək olacaq.

Ən önəmlisi də odur ki, bu formatda birləşəcək ölkələrin dünyanın ərazicə ən böyük və xammal ehtiyatları baxımından ən zəngin ölkəsi sayılan, eyni zamanda müsəlman əhalinin sıxışdırılmadığı nüvə nəhəngi Rusiya ilə yaxınlaşma, eyni blokda yer alma və gerçək xristian-müsəlman ittifaqı formasında ortaya çıxma imkanları da digərləriylə müqayisədə hədsiz böyükdür.

Görünən odur ki, prezident İlham Əliyevin ölkəmizin xarici siyasətinə dair çox aydın və sistemli baxışları mövcuddur və bu baxışlar sistemi coğrafiyamızın təbii şərtlərinə, tələblərinə riayət üzərində qurulub.

Coğrafiyamız ölkəmizə “körpü ölkə” olmaq statusunu diktə edirsə, biz coğrafiyamızdakı xalqlar və dövlətlər arasında münasibətlərin də daha sağlam bünövrə üzərində və Avrasiyada qalıcı sülhün, sabitliyin, təhlükəsizliyin, iqtisadi rifahın və ədalətin əldə edilməsində əsas körpü, qırılmaz bağ missiyasını uğurla üzərimizə götürməyi bacarmalıyıq!

Allah Azərbaycanımızı önümüzdəki təhlükələrdən qorusun və daha böyük uğurlara götürsün!

Elxan Şükürlü

Xəbər 671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +