Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


19.01.2024  15:06 

Silah karvanı Ermənistana çatdı: İrəvan müharibəyə hazırlaşır





A+  A-

Caliber.Az İrandan Ermənistana yük maşınları karvanının hərəkətini əks etdirən eksklüziv foto və video görüntüləri yayıb.

Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə açıq-aşkar gözdən gizlətmək üçün brezentlə örtülmüşdür, bunun hərbi məqsəd daşıdığı şübhə doğurmur.

İran ərazisindən Ermənistana hərbi texnikanın daşınması 17 yanvar 2024-cü il tarixdə müşahidə olunub. Saat 17:50 radələrində İran İslam Respublikasının Culfa yaşayış məntəqəsindən Nurduz keçid məntəqəsi istiqamətində 2 ədəd “HINO” markalı avtomaşının üzərində brezentlə örtülmüş texnikaların daşınması qeydə alınıb.

Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana daxil olub.

Saat 21:17-21:31 radələrində isə həmin karvan Mehridən Lehvaz Leqvaz istiqamətində yola düşüb.

Yenisabah.az xatırladır ki, xarici dövlətlərin İrəvanı silahlandırması Ermənistanda müharibə ritorikasını yenidən gücləndiirb. İrəvanın revanş məqsədilə növbəti müharibəyə hazırlaşdığı iddia olunur.

Xəbər 501 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +