Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


06.12.2023  10:54 

Hafiz Babalı da “Abzas Media” işində təqsirləndirilir





A+  A-

“Xətai Rayon Məhkəməsi noyabrın 29-da “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi ödənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb. Bu haqda məlumatı bu gün vəkil vasitəsilə əldə etdim. Sənəddə yazılır ki, sən demə, mən bu qurama işdə sadəcə şahid deyil, təqsirləndirilən şəxsəm”.

Xəzərnews.az xəbər verir ki, bunu tanınmış araşdırmaçı jurnalist Hafiz Babalı özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bu qərarın verilməsindən bir gün sonra isə BŞBPİ-də şahid qismində dindirilib:

“İttiham tərəfi məni hansı qanunsuz əməldə günahlandıra bilər? Başa düşürəm, elə bir mühitdə, cəmiyyətdə və hakimiyyət altında yaşayırıq ki, bu ölkənin marionet məhkəməsi istənilən məsum insanı ən ağır cinayətdə belə ittiham edib həbsə ata bilər və edir - nümunələr kifayət qədərdir. “Abzas”la əməkdaşlıq etmişəmmi? Bəli. Jurnalistəm. Bu, mənim işimdir. Dindirmədə də bildirdiyim kimi, Azərbaycanda həmin araşdırmaları dərc edəcək çox az sayda KİV qalıb. Araşdırmalarım “Abzas” sayəsində geniş rezonans yaradıb. Həmin araşdırmaları hazırlayarkən janrın xüsusiyyətinə uyğun olaraq, çox vaxt peşəkar təhqiqatçı kimi, yüzlərlə mənbə və sənədlərlə işləməli olmuşam. O şeyləri ki, prokurorluq “görmür”, mən incəliklərinə qədər yazıb oxucunun ixtiyarına vermişəm. Sabir demiş: düzü düz, əyrini həmvar. Amma aynaya baxanlar çarəni, deyəsən, onu qırmaqda görürlər.

Başqa ölkədə yaşasaydım, bu məqalələrə görə dövlət səviyyəsində təşəkkür eşidəcəkdim. Qanunsuz varlananlara qarşı isə cinayət işi açılacaqdı. Azərbaycanda isə nəsibim, gördüyünüz kimi, bunun tam əksidir: hakimiyyət onu tənqid edənləri təqib edir.
Amma qətiyyən narahat deyiləm.

Jurnalistika cinayət deyil. Cinayət dövlətin sərvətini, büdcəsini ata malı kimi istifadə etmək, dövlətin pul ayırdığı işləri öz ailə üzvlərinə, nazirlərin ailələrinə ötürmək və nəhayət, qanunlara nəzarət etməli olan prokurorluq orqanlarının susqunluğudur. Cəmiyyət də bütün bu talanları sadəcə seyr edib, səsini çıxarmayacaqsa, o da gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşıyacaq”, - jurnalist yazır.

Xəbər 773 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +