Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


17.10.2023  10:57 

200 illik məğlubiyyətə necə son qoyuldu?.. - TƏHLİL





A+  A-

15 oktyabr Azərbaycanın tarixinə suverenliyimizin tam bərpa edildiyi gün olaraq düşdü. Bu tarixi Prezident İlham Əliyev və onun qurduğu Azərbaycan Ordusu yazıb. Düz iki əsr sonra ilk dəfə məğlubiyyət sindromu qırıldı, tarixi ədalət bərpa olundu.

Ali Baş Komandan İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndə torpaqlarımızın azad olunacağını, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa ediləcəyini bəyan etmişdi. Tarix təsdiq etdi ki, Azərbaycan lideri o vaxt vəd vermirdi, əslində hədəfi göstərirdi və ölkəyə rəhbərlik etdiyi dövrdə bu müqəddəs məqsədə nail olmaq uğrunda durmadan çalışırdı. Qüdrətli Ordu yaratdı, iqtisadi müstəqilliyə nail oldu, Azərbaycanı dünya siyasətində qərarverici mövqeyə çıxardı. Və bütün bunların fonunda işğalçı Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda saxlamağa nail oldu. Əgər I Qarabağ müharibəsində beynəlxalq şərtlər işğalçının xeyrinə idisə, Prezident İlham Əliyev bu şərtləri Azərbaycanın xeyrinə dəyişdi. Buna dərin zəkası, strateji ağlı ilə nail oldu.

Ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən bir addım da geri çəkilməyərək, prinsipial mövqe sərgilədi. Məhz İlham Əliyevin bu qətiyyəti bizə bugünkü Zəfəri yaşadır. Əslində bu gün bölgədə baş verənləri nə dünya ölkələri, nə də Ermənistan təsəvvür belə etməzdi.

44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarını işğaldan azad etdi. Lakin Qarabağda hələ də erməni separatizmi davam edir, üçüncü qüvvələrə arxalanaraq, “dövlətçik” oyunları oynayırdılar. Ermənistan da öz silahlı dəstələrini ərazimizdən çıxarmaqdan imtina etdi və separatçı-terrorçuları dəstəklədi. Rəsmi Bakı dəfələrlə xəbərdarlıq etsə də, bu vəziyyət dəyişmirdi. Ermənilər hesab edirdilər ki, hər şey bununla bitib və separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma “qurum” yarada biləcəklər, Azərbaycan da bunu qəbul etməyə məcbur olacaq. Hərçənd ki, heç biri – nə Ermənistan, nə separatçılar, nə də onları dəstəkləyən ölkələr Prezident İlham Əliyevin qətiyyətini, zəkasını və strateji qabiliyyətini hesablaya bilməmişdi.

Azərbaycan lideri Vətən müharibəsindən sonra mühüm gedişlər etdi. Qarabağda ordumuzun mövqeləri gücləndirildi, strateji yüksəkliklərə nəzarət bərpa olundu və separatçıların ətrafında halqa daraldı. Laçın yoluna nəzarət gücləndirildi. Əvvəlcə vizual nəzarət edilsə də, yekunda Laçın sərhəd-keçid məntəqəsi quruldu və bununla “Laçın dəhlizi” tarixin zibilliyinə atıldı. Bu erməni separatizminin çıxış yolunun bağlanması demək idi. Daha sonra erməni əhalisinin təminatının Azərbaycan ərazisindən – Ağdam-Xankəndi yolundan həyata keçirilməsi irəli sürüldü və erməni separatizmini dəstəkləyən bütün qüvvələr fakt qarşısında qaldı.

Və elə bir vəziyyət yaradıldı ki, Xankəndidə özlərinə yuva qurduqlarını düşünən separatçı-terrorçuların təslim olmaqdan başqa çıxış yolu qalmadı. Lakin onlar mahiyyətlərinə uyğun olaraq terrora əl atdılar. Buna cavab olaraq Ordumuz hərəkətə keçdi, cəmi 24 saata erməni silahlı dəstələr darmadağın edildi, separatçılar təslim oldular. 24 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda vəziyyət tamamilə dəyişdi.

Beləliklə, tarix Prezident İlham Əliyevin 44 gün+24 saat planına şahidlik etdi. Qüsursuz olan bu plan təkcə Azərbaycanın yox, həm də dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan yerləşdiyimiz coğrafiyanın siyasi şərtlərini dəyişdirdi.

15 oktyabr tariximizin yeni səhifəsinin başlanğıdır. Tarixi ədaləti bərpa edən qalib böyük sərkərdə İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli dövlət bayrağımızı dalğalandırdı. Azərbaycanı postsovet məkanında ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk ölkəyə, XXI əsrin qalib dövlətinə çevirdi.

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi, torpaqlarımızda erməni separatizmi məhv edildi, azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkarlar qandallanaraq, Bakıya gətirildi və ədalət bərpa olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bunu bacardı, bizə - Azərbaycan xalqına bu Zəfəri yaşatdı. Və ən əsası 200 ildir davam edən məğlubiyyət sindromunu bu qələbə ilə qırdı, tarixi yenidən yaratdı. Ədalət Zəfər çaldı, məhz Prezident İlham Əliyev ədalətin zəfər çalmasını təmin etdi.

Bizə yalnız bir söz demək qalır: Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan!

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru


Xəbər 561 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +