Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.10.2023  16:09 

AŞPA-da atəş altındayıq... - Səməd Seyidov





A+  A-

Ağlasığmaz təzyiqlər altında belə məruzə hazırlamağın məruzəçi üçün nə qədər çətin olduğunu başa düşürəm. Əvvəlki müzakirələrdə də bu mövzudan danışdıq. Otuz il əvvəl bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qaldı və ərazimizin 20 faizi işğal olundu. İşğal olunan ərazilərimizdəki azərbaycanlıların yalnız iki seçimi var idi: qaçqın və ya məcburi köçkün olmaq üçün qaçmaq, ya da ölmək.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində “Qarabağda humanitar vəziyyət” adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.

“Qaçıb canını qurtarmaq qərarına gələnlər məcburi köçkün oldular və hələ də köçkün düşərgələrində yaşayırlar. Çünki Qarabağ bölgəsində onların doğma yurdları erməni minaları ilə doludur və evlərinə qayıtmaq çətindir. Qalmaq qərarına gələnlər isə Xocalıda bir gecədə 600-dən çox uşaq, qadın və qoca kimi, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildilər. Bu ağrı, bu problem, bu faciə ilə Avropa Şurasına gəldik və münaqişənin sülh yolu ilə həllini tapmağa dair öhdəlik götürdük. Ancaq bu öhdəliyi təkcə yox, Ermənistanla birlikdə götürdük. 20 il ərzində Ermənistandan, bu Assambleyadan münaqişənin sülh yolu ilə həllini tapmasını istəmişik. Ermənilər nə etdilər? Daha çox ərazi işğal etdilər. Onlar dedilər ki, “Xeyr, heç vaxt bu əraziləri qaytarmayacağıq”.

Yüzlərlə uşaq, qadın və qocanın öldürülməsi ilə bağlı təəssüf hissi eşitmisinizmi? Heç vaxt eşitməmisiniz.

Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi deyirəm, ermənilərin Qarabağı tərk etməsinə təəssüflənirik, ancaq onların beyni zəhərlənib, 30 il müddətində onlar “birgə yaşaya bilmərik” təbliğatı ilə zəhərləniblər. Ancaq biz birlikdə yaşaya bilərik, buna qadirik və buna görə də buradayıq”, - deyən S.Seyidov reallığı əks etdirməyən fikirlərinə görə bəzi avropalı parlamentarilərə etirazını bildirib.

Diqqətə çatdırılıb ki, Assambleyada onların yanaşması əsassız “etnik təmizləmə” ittihamıdır. Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkəmizə qarşı əsassız ittihamı rədd edərək deyib: “Halbuki, biz əlimizdən gələni etdik, qapılarımızı açdıq, qeydiyyat portalı yaratdıq, erməniləri qalmağa dəvət etdik. Bunları Birləşmiş Millətlər Təşkilatının komissarı da bəyan etdi, bunlar onun sözləridir. Avropa Şurasının təsisatlarının nümayəndələrini Azərbaycana dəvət etdik. Ədalətin, insan haqlarının və demokratiyanın bərpası üçün əlimizdən gələni edirik. Ancaq bunlara baxmayaraq, tənqid atəşinə tutulmuşuq. Atəş altındayıq!

Bu Assambleyada demokratiyanın yoxluğuna görə atəş altındayıq, dəyərlərinizə qayıdın. Anlamalısınız ki, Azərbaycan Moldovada, Ukraynada, Gürcüstanda arzuladığınız ərazi bütövlüyünün bərpasında mühüm bir iş görüb və mən bununla fəxr edirəm”.//Azərtac

Xəbər 737 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +