Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


18.11.2022  16:10 

“İsraildə səfirliyin açılmasını İranla bağlamaq olmaz”





A+  A-

“İsrail və Fələstində diplomatik nümayəndəlik açmaq məsələsi çoxdan gündəmdə idi”.

XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. Eks-nazir hələ vəzifədə olduğu dövrdə Azərbaycanın İsraildə səfirlik açması məsələsinin müzakirə mövzusu olduğunu xatırladıb:

“Mənim İsrailə səfərlərimdə bu məsələyə toxunmuşduq. Səfər zamanı Fələstinin Ramalla şəhərini də ziyarət etmişdim. O zaman cənab Prezidentin tapşırığı əsasında müsəlman ölkənin xarici işlər naziri ilə görüşə getmişdim. Biz səfirlik açılması ilə bağlı razılıq almışdıq. Bu gün sadəcə həmin razılığın məqamı yetdi deyə bilərik”.

E.Məmmədyarov hesab edir ki, səfirliyin açılması İsrail ilə Azərbaycan əlaqələrini daha da yüksəldəcək:

“İsrailin Azərbaycanda səfirliyi var idi. Bizim İsraildə səfirliyimizin açılması çox yaxşı qərar oldu. İsraildə diplomatik nümayəndəliyin olması hər iki ölkə arasında əlaqələri gücləndirəcək. Bu, bir mənalıdır. Onu da deyim ki, bu addım İrana qarşı atılmayıb. Belə yanaşma tamamilə yanlışdır. Səfirlik sadəcə olaraq Azərbaycanın milli maraqlarına uyğun olduğu üçün açılır. İran Ermənistanda səfirliyini Azərbaycan torpaqları işğal altında olan vaxtda açıb və Ermənistana hələ o vaxtdan siyasi hərbi yardım göstərib. Yəni bu gün İsraildə səfirliyin açılmasını İrana qarşı addımla bağlamaq olmaz”.

Bundan əlavə, sabiq XİN başçısı İsraildən fərqli olaraq Fələstində Təmsilçilik Ofisinin açılmasına da toxunub:

“Yəqin ki, bu, ilk addımdır. Azərbaycanın orada diplomatik nümayəndəliyi olacaq. Sonra Fələstin hökuməti ilə danışıqlar aparılacaq. Bu danışıqlardan sonra təmsilçilik səfirlik səviyyəsinə yüksələcək”.

Keçmiş XİN başçısı Türkiyə-İsrail əlaqələrindən də söz açıb:

“Türkiyə ilə İsrailin əvvəlcədən qarşılıqlı səfirlikləri olub. 2010-cu ildə əlaqələr korlandı. İndi isə həm İsrailin Ankarada, həm də Türkiyənin Təl-Əvivdə səfirliyi var. Hər iki qardaş ölkənin demək olar ki, eyni vaxtda İsraillə səfirlik əlaqələrini yaxşılaşdırması çox müsbət hadisədir. Həm Türkiyə, həm də Azərbaycanın İsraillə əlaqələrini yüksəltməsi ümumilikdə region üçün əhəmiyyətlidir. Regional sülhün təmin olunmasında bunun faydası olacaq”.

Qeyd edək ki, Azərbaycan İsraildə səfirlik, Fələstində Təmsilçilik Ofisi açacaq.



Xəbər 431 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +