İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


15.11.2022  20:17 

Azərbaycan Ermənistandan sonra İranı məğlub edə bilərmi?





A+  A-

Zəngəzur dəhlizi açılsa, İran 2020-ci il müharibəsində (44 günlük müharibə nəzərdə tutulur) uduzan ikinci ən böyük ölkə olacaq.

İran-Azərbaycan münasibətləri Ərəb Dünyasında da yaxından izlənilir.

Əlbəttə, bu, təsadüfi deyil. Bəllidir ki, ərəb ölkələrinin əksəriyyətində İrana nifrət hissi var və bu hiss son dərəcə güclüdür. Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri isə müharibə həddinə qədər gedib çıxıb. Əslində bu iki ölkə arasında müharibə gedir. İran Yəməndəki şiə üsyançıların əli ilə (proxy war) Səudiyyə Ərəbistanına qarşı neçə illərdir ki, müharibə aparır. Səudiyyə Ərəbistanının isə Ərəb Dünyasında xüsusi çəkisi var. İslam Dünyasının əsas müqəddəs şəhərləri də bu ölkədə yerləşir...

“The Arab Weekly” nəşri İran-Azərbaycan ilişkilərinin təhlili ilə bağlı “How an Armenia-Azerbaijan peace deal threatens Iran” (Ermənistan-Azərbaycan sülh razılaşması İranı necə təhdid edir) adlı məqalə dərc edib. Məqalənin müəllifi serbiyalı analitik Nikola Mikovic yazır ki, əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq Azərbaycan İranın yağı düşməni olan İsraillə güclü hərbi əlaqələrə malikdir. Bu sirr deyil ki, İsrail hərbçiləri İranla böyük müharibə olacağı təqdirdə Azərbaycan ərazisindən istifadə etməyə çalışacaqlar.

Məqalədə İranın keçirdiyi hərbi təlimə Azərbaycanın sərt reaksiyası, Zəngəzur dəhlizi (məqalədə Naxçıvan dəhlizi kimi keçir) məsələsinə İranın ağrılı münasibətinin səbəbi belə izah olunur: “Həqiqətən də, Naxçıvan dəhlizi tikilərsə, Türkiyəyə Cənubi Qafqaza yeni quru yolu əldə edəcək və bundan Türkiyə rəhbərliyi çox güman ki, enerji ilə zəngin regionda mövcudluğunu gücləndirmək üçün yararlanacaq. Türkiyə hətta Mərkəzi Asiya bazarlarına daha sürətli bir marşrut əldə edəcək, Ankara üçün bu, böyük bir geosiyasi qələbə deməkdir. Türkiyənin sahib olacağı nəqliyyat tramplinini həm də bu ölkənin bəzi iddialı pantürkist məqsədlərinin həyata keçirlməsinə imkan verəcək.”

Müəllif məqaləni belə bir sonluqla bitirir: “Bir şey dəqiqdir: Azərbaycanla İran arasında indiki münasibətlər nə dostluq, nə də qardaşlıq münasibətləridir. Azərbaycan dünyəvi dövlət olsa da, şiəlik iki ölkənin paylaşdığı yeganə dəyər kimi görünür. Bakı və Tehranın fərqli müttəfiqləri, fərqli prioritetləri və fərqli geosiyasi məqsədləri var. Beləliklə, əgər Azərbaycan Rusiyanın dəstəklədiyi Naxçıvan dəhlizinin tikintisinə nail olsa, İran 2020-ci il müharibəsində (44 günlük müharibə nəzərdə tutulur) uduzan ikinci ən böyük ölkə olacaq.”

P.S Ərəb Dünyasına barmaqarası baxmaq olmaz. Unutmayaq ki, bu dünyada yarım milyarda yaxın ərəb yaşayır...

Elbəyi Həsənli

Xəbər 592 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +