Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.08.2022  09:59 

Qoşqar Təhməzovla Əbülfəz Məlikov arasında hansı işbirliyi var?





A+  A-

“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov üçün təhlükə yaradıb.

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Ətraflı

Şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin açar fiqurlarından biri hesab edilir. Onun uzun illərdir ki, medianın gündəmindən düşmür. Şirkət rəhbəri haqqında mətbuatda vaxtaşırı materiallar dərc edilib. Həmin materiallarda DGK-dakı fəaliyyətindən tutmuş, şəxsi biznesinə qədər çoxsaylı faktlar yer alıb. Bu faktlardan biri də Əbülfəz Məlikovun ölkəyə palma yağları gətirməsi haqqındadır.

Həmin məlumatarda iddia edilir ki, ölkəyə idxal olunan palma yağları Əbülfəz Məlikovun inhisarındadır. Həmin yağlar vətəndaşlar kərə yağı adı altında satılır. Halbuki bu yağların ümumi adı beynəlxalq bazarlarda “spred” kimi təqdim edilir. Bu çox ucuz və insan orqanizminə zərərli qatqı hesab edilir. Bir neçə il əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata verdiyi açıqlamasında qeyd edib ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: “Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar.

Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, “naturalnaya maslo” yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək”.

Bütün bunlara baxmayaraq ölkəyə tonlarla palma yağı gətirilir və maraqlıdır Qida Təhlükəsizliyi Agentliyi bu barədə susur. Bu isə Qoşqar Təhməzovla Əbülfəz Məlikovun arasında hansısa işbirliyinin olmasına şübhələr yaradır. Əbülfəz Məlikovun həbsi ilə bu məsələdəki qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Qoşqar Təhməzov üçün də əsas təhlükə də Əbülfəz Məlikovun palma yağlarının ölkəyə gətirilməsi, satışının təşkil edilməsi və bu zərərli məhsulun Qida Təhlükəsizliyi Agentliyinin hansı səbəbdən diqqətdən kənarda qalması barədə deyəcəkləridir./Reportyor.info

Xəbər 1562 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +