Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


08.04.2022  10:49 

Amaşov: “Biz həmişə jurnalistlərin məhkəməyə çəkilməsinə qarşı olmuşuq“





A+  A-

"Mediada və sosial şəbəkədə yayılmış bir xəbər diqqətimi çəkdi. İstərdim ona münasibət bildirim".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Ə.Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası olaraq biz həmişə jurnalistlərin və kütləvi informasiya vasitələrinin məhkəməyə çəkilməsinə qarşı olmuşuq:

"Bununla bağlı tövsiyələr vermiş, çağırışlar etmişik. Təbii ki, mediaya dair problemlər var və həmişə də olub. Ancaq hesab edirəm ki, problemlərin məhkəməyə qədər həlli yolları mümkündür. Mətbuat Şurasının təcrübəsi də bunun sübutudur".

O, "Demokrat.az" saytına qarşı şikayətin vaxtilə Şurada da müzakirə edildiyini bildirib:

"Saytın baş redaktoru, gənc həmkarım Vasif Həsənli məsələyə həssas yanaşıb. Lakin sonradan məsələ məhkəmə müstəvisinə daşındı ki, bu barədə söz açmaq istəmirəm. Hər halda narazılıqlara Mətbuat Şurasında son qoyulmalıydı. Təəssüf ki, mövcud müzakirələrdən sonra iş adamı Oqtay Abuzərov məhkəməyə üz tutdu. Jurnalistin həbsini tələb etdi ki, bu isə təmin olunmadı.

Hazırda Oqtay Abuzərov yenə "Demokrat.az" saytını və onun rəhbəri Vasif Həsənlini məhkəməyə verib, yüksək məbləğdə cərimələnməsini tələb edir. Əlbəttə, məhkəməyə müraciət hər kəsin hüququdur. Ancaq yenə o fikirdəyəm ki, müəyyən kompromis variantların tapılması və tərəflər arasında barışığın əldə edilməsi mümkündür. Elə bilirəm ki, Vasif Həsənli buna razıdır.

Digər yandan, o da nəzərə alınmalıdır ki, media orqanının yüksək məbləğdə cərimələnməsi istəyində olmaq indiyədək heç kəsə fayda gətirməyib. Eyni zamanda media orqanının məhkəmə ilə üzləşməsi faktı da ona divident vermir. Əminəm ki, ölkəmizin öz dəst-xəttilə seçilmiş internet media orqanlarından sayılan "Demokrat.az"ın rəhbərliyi bunu qəbul edir. Yaxşı olardı ki, qarşı tərəf də məsələyə öz üzərinə düşən həssaslıqla münasibət göstərsin".

Ə.Amaşov bir daha tərəfləri barışığa, aralarındakı narazılığı danışıqlar, qarşılıqlı güzəştlər yolu ilə həll etməyə çağırıb.

Xəbər 4736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +