Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


18.08.2020  10:57 

Nə etməli və ya niyə müxalif oldum?





A+  A-

Masallı Rayon İcra Hakimiyyəti niyə susur?...

İllərdir ki, eyni məsələni təkrar-təkrar ictimailəşdirirəm – nəticə yoxdur. Görünən budur ki, belə idarəetmə davam etdikcə, olmayacaq da. Bu, idarəetmə deyil əslində, dövlətin aşağı-yuxarı bütün qanunlarını kanalizasiya sisteminə qoşub Xəzərə axıtmaqdır. Şüuraltı belə bir fikir formalaşır və ya məqsədli şəkildə formalaşdırılır ki, cəmiyyət sivil qanunlarla idarə oluna bilməz: yalnız, yuxarıların istəyi, bu istəyi gerçəkləşdirən aşağı məmuriyyət zümrəsinin hikkəsi və diqtəsi elə qanunun özüdür, yəni adına qanun deyilən heç nə yoxdur. Görünən nə varsa, elə “görüntüdür”. İstəməsək də, arzulamasaq da və həm də təəssüf ki, belədir. Biz belə idarə olunuruq.

Qanunların işləməməsi səbəbindəndir ki, bəzən adi “JEK” səviyyəsində həll oluna biləcək bir iş o qədər şişir, yaxud şişirdilir ki, sonradan bunu biçimli formaya salmaq müşkülə çevrilir. Sonucda vətəndaş haqlı olaraq dövlət qurumlarından, onu yönəldənlərdən, gerçəkdə isə dövlətin özündən narazı qalır və bəzən aşkarda olmasa da, daxilən daha yaxşı gələcək ümidilə müxalif yönümə istiqamətlənir...
Niyə belə olmalıdır? Belə olmamalıdır, əlbəttə. Sənin hər addımda haqqın tapdanırsa, sənin adi vətəndaşlıq haqqına sayğısız yanaşılırsa, qalaq-qalaq problemlərinin çözülməsində heç bir əməli addım atılmırsa və buna əhəmiyyət verilmirsə, o halda sənin ayrı çıxış yolun qalmır. İndi bu sayaq düşünməkdə tam haqlısan: belə idarəetmə yolverilməzdir və dövləti cinayətdir! Sual oluna bilər ki, öz qanuni haqqına sahiblənə bilməyən və zorən narazı kəsimin sıralarına sürüklənən vətəndaş, sizcə, necə addım atmalıdır? Bununla nələr təlqin olunur? Müraciət etdiyi ünvanların sayğısızlığı, biganəliyi bir insanda hansı halları yaratmalıdır ki? İlk öncə güvənsizliyi!

Baxın, mən, fərdi deyil, Boradigah qəsəbəsindəki (Masallı) ümumi problemlərin çözülməsindən yana uzun müddətdir ki, mətbuatda çıxışlar etsəm də, müvafiq qurumlara müraciətlər ünvanlasam da, bu günədək heç bir müsbət nəticəsi yoxdur. Daşdan, kəsəkdən, hətta qəbirstanlıqdakı qranit mərmərdən hazırlanan baş və sinə daşlarından səs çıxır, amma bunların heç cınqırtısı da çıxmır. Niyə belə olmalıdır? Adi bir problemi rayon səviyyəsində çözmək bu qədərmi çətindir? Masallının yeni icra başçısı Şahin Məmmədova “məxfi məktub” da ünvanladım, düşündüm və ümid etdim ki, müsbət bir nəticə olar, amma yenə olmadı...

Dövlət əmlakı dağıdılır bunların vecinə deyil. Təkcə, qəsəbənin “Çaylıq” deyilən ərazisində hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalıb, ətrafındakı meşə zolaqları - hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətləri” yox edilmək üzrədir, buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyətinin, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısı qırılıb. Vaxtı ilə kənd təsərrüfatının təyinatı üzrə salınmış və ərazidə ekoloji tarazılıq yaradan su hövzələri və ona yaxın ərazilər mənimsənilib... Bunları kimlərin etdikləri də bəlli, amma hələ də “dur” deyən yoxdur. Belə davam etdikcə, olmayacaq da. Qanunların işləmədiyi yerdə necə olmalıdır ki?

Bütün bunlar, şübhəsiz ki, ilk öncə rayon rəhbərliyinin biganəliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, həmçinin İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti regional şöbələrinin və daha yuxarıların yarıtmaz fəaliyyətinin nəticəsidir. Zamanında qarşısı alınsaydı, yaxud, özləri buna şərait yaratmasaydı, təbii ki, sadaladıqlarımızın heç biri baş verməzdi...

Ötən gün rayonun məsul şəxslərindən biri telefon danışığı zamanı bu məsələni yalnız şəriət qaydaları ilə, həm də Rembosayağı birdəfəlik həll etməyin mümkünlüyünü diqqətimə çatdırdı. Bu, hər nə qədər “əla” təklif olsa da, əslində dövlət idarəetməsinin gerçək üzüdür. Rəzalətə baxın, diqqəti dövlət əmlakının dağıdıldığı əraziyə yönəldirəm ki, qanunsuzluğun ifrat həddinin qarşısı alınsın, qarşılığında “xan” nəvələrilə “duelə” çıxmağım məsləhət bilinir. Bunun adı bilirsinizmi, nədir? Yəni, qanunlar icra olunmur – kim necə istəyirsə elə də hərəkət etsin. İndi mən necə hərəkət etməliyəm, yaxud, hansı tərəfə üz çevirməliyəm?
Hadisələrin belə bir sonluğa gəlib çıxmasını - Allah şahiddir ki, - heç arzulamazdım. Dövlət yetkililərinin özləri məni “o tərəfə” istiqamətləndirdi. Gerisi nə olacaqsa, qoy olsun – fərq etməz...

Vasif Hüseynov


Xəbər 23644 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +