Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


19.11.2019  12:37 

AAAF Park-dan daha bir şikayət - “Sakinlər donur“





A+  A-

AAAF Park Yaşayış Kompleksinin sakinləri bu dəfə istilik sistemindən şikayətçidir.
XəzərNews.az-ın məlumatına görə, sakinlər “Qafqazinfo”ya müraciətində bildirib ki, kompleksdə işıq və qazla bağlı problemlər olsa da, ötən il istilik təmin olunub. Ancaq bu ildən etibarən istiliyin verilməsi də dayandırılıb. Binalarda qaz olmadığından, işıq da fasilələrlə verildiyindən sakinlər evləri qızdırmaq üçün alternativ vasitə tapa bilmirlər.

“AAAF İnşaat” MMC-nin mətbuat katibi Kənan Məstəliyev məsələylə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, kompleksin qış mövsümünə kimi qazlaşdırılması planlaşdırıldığından istiliyin verilməsinin dayandırılması qərarı verilib:

“İstilik əvvəlcədən də alternativ bir variant kimi düşünülmüşdü. Məqsəd qazın verilişi təmin olunana qədər sakinlərə qış mövsümündə xidmət etmək idi.

Ancaq sakinlərin bir çoxu istilik enerjisi borcunu ödəməkdən boyun qaçırıb. AAAF Holdinq olaraq dəfələrlə bu şəxsləri qaz, işıq, istilik və digər komunal ödənişlərini vaxtı-vaxtında edərək digər sakinlərə həmin xidmətləri göstərməyə yardımçı olmalarını istəmişik. Ancaq bu problem hələ də öz həllini tapmayıb. Hazırda sakinlərin ödəməli olduğu 600 min manata yaxın borc yaranıb. Qeyd olunan rəqəm heç də kiçik deyil və ödənilməsi asan olmur. Hazırda biz bu borcu da hissə-hissə ödəyir, azaldılaraq bitirilməsi üçün çalışır, eyni zamanda, Kompleksimizin qaz təminatı ilə bağlı problemlərini ən qısa zamanda həllinə çalışırıq.
Kompleksin bir sıra küçələrində qaz təminatı uzun müddətdir var. Digərlərində də bu işləri aparırıq. Məsələn, 12 saylı küçədə və B kompleksində sayğaclaşma başa çatıb, qazın açılışı üçün bütün sənədlər təqdim edilib, “Azəriqaz” QSC tərəfindən verilişi gözləyirik. Eyni zamanda, 21 və 26 saylı küçələrdə sayğaclaşma və sənədləşmə işləri bitmək üzrədir. Digər küçələrdə də eyni işlər fasiləsiz şəkildə aparılır. Biz ilin sonuna qədər ən azından sayğaclaşma işini başa çatdıraraq müvafiq sənədləri təqdim etmək üçün çalışırıq”.

K. Məstəliyevin sözlərinə görə, ay sonuna kimi Kompleksin işıqla bağlı problemi birdəfəlik həllini tapacaq:

“Elektrik enerjisinin verilişində yaranan problemlərin həlli üçün şirkətimizlə dövlətin müvafiq orqanları arasında təhvil-təslim prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu işlərin başa çatdırılması planlaşdırılır. “Azerenerji” ASC Xırdalan şəhərində yeni yarımstansiyanın istismara verməyi və Kompleksimizin bu yarımstansiyaya qoşulması planlaşdırılır. Bununla yanaşı, biz, şirkət olaraq 7 km-dən çox daxili xətləri, həmçinin ərazidə yerləşən iki daxili kiçik yarımstansiyanı da yeniləyirik və bu proses ən qısa zamanda – bir neçə gün ərzində başa çatdırılacaq. Yəni, Kompleksdə işıq problemi bu ayın sonuna kimi kökündən həll olunacaq”.
Qeyd edək ki, ötən gün də Kompleksdə elektrik verilişində problem yarandığı üçün sakinlər redaksiyamıza müraciət ünvanlamışdı.

Xəbər 1844 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +