Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


26.07.2019  16:05 

Eks-nazir “Atabank”ın rəhbər işçilərini qovdu - 24 yaşlı qardaşı qızına isə...





A+  A-

Sabiq vergilər naziri Fazil Məmmədova aid "AtaBank” ASC-nin istər maliyyə durumu, istərsə də idarəetməsi kritik həddə qədər pisləşib. Bununla bağlı bankda aparılan araşdırmalar situasiyanın ağır olduğunu təsdiqləyib və təcili dəyişikliklərin zəruri olduğunu üzə çıxarıb.
Lakin sabiq nazirin bankda vəziyyəti düzəldəcəyini vəd etsə də, buna heç cür nail ola bilmədiyi xəbər verilirdi. XəzərNews.az "AzPolitika.info”ya istinadən xəbər verir ki, Fazil Məmmədov, nəhayət, səhhətindəki ciddi problemlərə baxmayaraq, dünən şəxsən özü "AtaBank”ın baş ofisinə gedib, yerindəcə bankın İdarə Heyətinin sədri, öz bacısı oğlu Dəyanət Quliyevi, onun müavini Etibar Babaşlını və bankın Müşahidə Şurasının sədri Fərid Hüseynovu vəzifələrindən azad edərək, işdən qovub.





Lakin Fazil Məmmədovun yeni təyinatları da hamını təəccübləndirib. Belə ki, o, öz qardaşı qızı, 24 yaşlı bir xanımı Müşahidə Şurasına sədri, atasının Şamaxı Vergilər İdarəsinin rəisi işlədiyi bildirilən Samir adlı şəxsi isə İdarə heyətinin sədr əvəzi təyin edib. Eyni zamanda, filiallardan birinin müdiri də sədr müavini təyin olunub. Əvvəlki sədr müavinlərindən Rauf Hüseynov və Kamran Orucəliyev hələ ki vəzifələrində qalsalar da, onların da işdən azad olunacaqları gözlənilir. Hazırda bankda qeyri-müəyyənliyin hökm sürdüyü bildirilir.

Qeyd edək ki, eks-nazirə məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü, İdarə Heyətinin sədri Dəyanət Quliyevlə müavini Etibar Babaşlı arasında kəskin konfiliktin olduğu, bu səbəbdən bankda ciddi dəyişikliklərin olacağı barədə məlumatlar vermişdik. Son dəyişikliklər həmin məlumatları təsdiqləmiş oldu.

Ancaq mənbə hesab edir ki, eks nazirin bu addımları hansısa müsbət dəyişikliyə səbəb olmayacaq. Hazırda bankın rəhbərliyində yüksək peşəkarlığı ilə seçilən, bankı inkişafa doğru aparacaq kadrların olmadığı bildirilir.

Fazil Məmmədovun şəxsən banka gələrək, kadr dəyişikliyi etməsi də birmənalı qarşılanmır. Məlum idi ki, bank barədə kompleks araşdırmalar həyata keçirilib. Bunun nəticəsi olaraq, bankın vəziyyətinin düzəldilməsi eks nazirdən tələb olunub. Bu isə ağır xəstəliyinin olmasına baxmayaraq, Fazil Məmmədovu müəyyən qərarlar qəbul etməyə vadar edib.

Lakin hesab olunur ki, bu dəyişikliklər müvəqqəti xarakter daşıyır və bankı ağır vəziyyətdən çıxarmağa kömək etməyəcək. Fazil Məmmədovun isə bu addımları ilə nəzarət orqanları qarşısında manevr edərək, vaxt qazandığı ehtimal olunur. Mütəxəssislərin fikrincə, bank yeni investor tərəfindən yenidən maliyyələşdirilməli və köklü kadr dəyişiklikləri aparılaraq, sağlamlaşdırılmalıdır.

"AtaBank”ın özündən isə toplantının və rəhbərlikdə dəyişiliklərin olduğunu FED.az-a təsdiqləyiblər. Lakin məsələ ilə bağlı geniş məlumat verilməyib.Bildirilib ki, bank tərəfindən ictimaiyyətə rəsmi açıqlama veriləcək.

Xəbər 2021 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +