Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


14.03.2019  18:08 

Ukraynadakı səfir əcnəbi uşağı övladlığa götürür? – Müəmmalar davam edir...





A+  A-

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev övladlığa uşaq götürmək məqsədilə Ukraynanın Sosial Siyasət Nazirliyinə müraciət edib.
XəzərNews.az bildirir ki, özəl mənbədən Missiya.Az-a daxil olan məlumata görə, səfir A.Xudiyev övladığa götürülməyə dair Ukrayna qanunvericiliyin tələblərinə uyğun olaraq bir müddət öncə bütün prosedurlardan keçib və hazırda onun müraciəti baxılma mərhələsindədir. Hətta məlumatlara görə, Ukraynanın Sosial Siyasət Nazirliyi tərəfindən Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu da göndərilib.

Ukrayna Ailə Məcəlləsinin tələblərinə görə, övladlığa uşaq götürmək məqsədilə müraciət etmiş şəxs əvvəllər məhkumluq həyatı yaşamamalıdır. Ümumiyyətlə, müraciət etmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunub-olunmaması məsələsinə xüsusi önəm verilir. Ukraynanın Sosial Siyasət Nazirliyi də qanunvericiliyin məhz bu tələbindən çıxış edərək Azərbaycanın müvafiq qurumlarına A.Xudiyevlə bağlı sorğu göndərib.

Azərbaycan diplomatlarının xarici ölkələrdə uşaq övladlığa götürməsinə təcrübədə rast gəlinmir. Əgər A.Xudiyevin istəyi reallaşarsa, bu halda o, ilk nümunə olacaq. Maraqlıdır, Ukraynadakı səfirin həmin ölkədə uşaq övladlığa götürmək istəyindən Xarici İşlər Nazirliyinin məlumatı varmı? Ümumiyyətlə, fövqəladə və səlahiyyətli səfirlərə akreditə olunduqları ölkələrdə əcnəbi uşağı övladlığa götürmək kimi sərbəstlik verilirmi və bu kimi məsələlərdə XİN-in razılığı olmalıdırmı?

Bu suallara cavab almaq məqsədilə XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ilə əlaqə saxladıq çalışdıq. Leyla xanım məsələni araşdıracağına və yalnız növbəti həftə cavab verə biləcəyini dedi. Eyni zamanda əlavə etdi ki, diplomatik fəaliyyətdə olan şəxslərin akreditə olunduqları ölkələrdə övladlığa uşaq götürməsi kimi hallar barədə XİN-ə məlumat verilməlidir.

A.Xidiyevin Ukraynada uşaq övladlığa götürmək istəyinin hansı zərurətdən irəli gəldiyini deyə bilmərik. Bildiyimiz ancaq odur ki, cənab səfir ailəlidir və tərcümeyi-halında 5 uşaq atası olduğu göstərilir. Belə olduğu halda onun xarici ölkədə uşaq övladlığa götürmək niyyəti başadüşülən deyil. Əgər doğrudan da cənab səfir savab iş görmək, kimsəsiz uşağa ailədə yaşamaq səadəti bəxş etmək istəyirsə, onda niyə seçimində azərbaycanlı deyil, ukraynalı uşağın üzərində dayanıb? Diplopmatik fəaliyyətdə olan şəxsi, 5 övladı olduğu halda akreditə olunduğu ölkədə əcnəbi uşağı övladlığa götürməyə hansı amillər həvəsləndirə bilər? Hər halda inandırıcı deyil ki, cənab səfir Bred Pitt və Ancelina Coli cütlüyünün yaratdığı nümunələrin təsiri altına düşərək analoji addımlar atmaq niyyətinə düşüb. Çox güman ki, arxa planda başqa məqamlar var... Ümid edirik ki, qarşıdakı günlərdə məsələnin təfərrüatlarına da aydınlıq gətiriləcək.

Qeyd edək ki, A.Xudiyevin ailə vəziyyəti ilə bağlı informasiyalar qatmaqarışıqdır. Bəzi mənbələr onun 2 uşaq atası olduğunu deyirlər.

Sonda onun da xatırladaq ki, son dövlər mətbuatda yayılan informasiyalarda sabiq səfir Tələt Əliyevə istinadən Ukraynadakı səfirliyimizin binasında naməlum ukraynalı xanımın yaşaması faktına diqqət yönəldilir. Qeyd olunur ki, diplomatik missiyaya hər hansı aidiyyatı olmayan bu xanım 3 uşaq anasıdır və övladları da onunla birgə səfirliyimizdə məskunlaşıblar. Üstəlik, həmin qadının səfirliyə məxsus diplomatik nömrəli dövlət avtomobillərindən istifadə etdiyinə dair videgörüntülər də yayılıb. Səfirlik qadının kimliyi barədə hər hansı açıqlama vermədiyindən bu məqam ətrafında mülahizələr getdikcə daha da artır.

Məsələ ilə bağlı tərəfimizdən Azərbaycanın Ukraynadakı Səfirliyinə də sorğu göndərilib. Lakin təəssüf ki, sualımıza cavab verilmədi.

Xəbər 1582 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +