Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


31.07.2018  11:46 

İctimai nəqliyyatda qiymətlər niyə qalxdı? – “Kommunal xidmətlər də bahalaşacaq”





A+  A-

Xəbər verdiyimiz kimi, Tarif Şurası ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinin qiymətlərini qaldırıb. Yeni tariflərə görə, metroda 1 gediş 30 qəpik, şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Bəs bu artımın iqtisadi əsası varmı? Artım digər sahələrə də sıçraya bilərmi?

XəzərNews.az-ın məlumatına görə, məsələni BakuPost-a şərh edən iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda sərnişindaşımayla məşğul olan qurumlara dövlət tərəfindən hər il milyonlar ayrıldığını bildirib:

“Azərbaycanda taksi xidmətini çıxmaq şərtilə nəqliyyat sahəsində sərnişindaşımada rəqabət yoxdur. Çünki qiymətləri dövlət müəyyən edir və müəyyən olunan qiymətləri saxlamaq üçün kifayət qədər vəsaitlər yatırdr. Sual oluna bilər ki, bu qiymət artımına ehtiyac var idimi? Bunun iqtisadi əsası varmı? İqtisadi əsas o vaxt olardı ki, bu qiymətləri bazar tənzimləyəydi. Düşünmək olardı ki, qiymətlər qalxıb və buna uyğun da ictimai nəqliyyatın qiyməti özü-özünü tənzimləyir, yüksəlir. Amma bu gün biz bunu deyə bilmərik. Ona görə ki, bu qiymətləri dövlət tənzimləyir və dövlət bu qiymətləri istədiyi səviyyədə saxlamaq üçün istər metropolitenə, istər sərnişindaşımaya dövlət büdcəsindən hər il milyonlarla vəsait ayırır. Dövlət pulu hesabına avtobuslar alınır. Bu qədər vəsaitin ayrılması fonunda qiymətlərin qaldırılmasına təbii ki, hansısa əsaslandırmanı qəbul edə bilmirik.

Pul ayrılan qurumlarda hesabatlılıq yox dərəcəsindədir. Xərclədikləri vəsaitlər ictimaiyyətə açıqlanmır. Nə dərəcədə səmərəli təyinatı üzrə sərf edilir və nə qədər effektiv idarəetmə forması var… Ona görə də biz burada hansısa fikir yürüdə bilmirik və deyə bilmirik ki, göstərilən xidmətlərin maya dəyəri neçəyə başa gəlir və s. Bircə onu bilirəm ki, qiymətlər qaldırılandan bir neçə ay sonra müvafiq qurumlar yenidən açıqlama verirlər ki, biz xidməti maya dəyərindən ucuz satırıq. Maya dəyəri şişə-şişə gedir. Bu nə qədər davam edəcək, bilinmir”.

Samir Əliyev əlavə edib ki, ictimai nəqliyyatda qiymət artımı gözlənilən idi: “Nə səbəbdən bu qədər ləngidi bilinmir. Düşünürəm ki, bu qiymət artımı sonuncu olmayacaq. Bundan sonra digər sahələrdə də qiymət artımı olacaq. Məsələn yanacağın qiymətinin artacağını düşünürəm. Eyni zamanda kommunal xidmətlərdə də qiymətlər arta bilər. Qaz, işıq və suda qiymət artımı gözləyirəm”.

Xəbər 1934 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +