İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


08.06.2018  15:53 

“Bu addım cəbhədə toqquşmaya səbəb ola bilər“ - DADP sədri





A+  A-

“Dünən ən strateji və ən ağrılı məsələmiz olan Qarabağ münaqişəsinin həlli ilə bağlı iki mühüm hadisə baş verdi. Öncə, Rusiyanın XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyanla görüşdü. Sonra isə Nikol Paşinyan “Azərbaycan prezidenti ilə danışıqlara hazıram” deyə, açıqlama verdi. Lakin çox təəssüf ki, sözügedən görüşdən və açıqlamadan sonra Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir ciddi dəyişiklik baş verməyəcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov deyib. Partiya sədri bildirib ki, Ermənistanın yeni rəhbərliyi də, həmsədr ölkə olan Rusiya da status-kvonun qorunub saxlanmasında maraqlıdır: “Lavrovun Qarabağla bağlı sülh danışıqlarında qondarma "Dağlıq Qarabağ Respublikası"nın da tərəf kimi iştirakına Azərbaycanın müsbət yanaşmasını istəməsi bir daha açıq şəkildə göstərdi ki, Rusiyanın Ermənistanda geosiyasi maraqları dəyişməyib və Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, Rusiya bu ölkəni nəyin bahasına olursa-olsun, öz təsiri altında saxlamağa çalışacaq. Paşinyan isə Ermənistan parlamentinin dünən keçirilən xüsusi iclasında yeni hökumətin proqramını açıqlayarkən dedi ki, "Əliyevlə görüşə hazıram, ancaq Dağlıq Qarabağın iştirakı olmadan Qarabağ üzrə danışıqlar effektiv ola bilməz. Bu cür şey üçün mənim nə hüquqi, nə də mənəvi haqqım var. Qarabağ münaqişənin əsas tərəfi kimi danışıqlar prosesində həlledici səsə malik olmalıdır””.

Ə. Hüseynovun fikrincə, öz daxili xislətini gizlədə bilməyən Paşinyan sonrakı fikirləri ilə erməni həyasızlığının lap ifrat həddini nümayiş etdirmiş olub: - “Azərbaycanın öz cəmiyyətini müharibəyə hazırladığı bir məqamda, biz öz cəmiyyətimizi sülhə hazırlaya bilmərik. Belə bir vəziyyət olarsa, bu bizim cəmiyyəti məğlubiyyətə hazırlamaq deməkdir. Biz belə bir addım ata bilmərik. Qarşımızdakı müharibəyə hazırlaşırsa, biz də buna hazırlaşmalıyıq. Biz mövqeyimizi hələ çox sərt aqresivləşdirmədik".

Partiya sədri düşünür ki, Paşinyan bu cür avantürist və iküzlü mövqe ortaya qoymaqla, bir tərəfdən sülh danışıqlarını dalana dirədi, digər tərəfdən isə, münaqişə zonasında növbəti müharibənin başlanacağını rəsmiləşdirmiş oldu: “Bu, çox hiyləgər addımdır. Rəsmi İrəvan bu yolla danışıqlarda Azərbaycana qarşı iki erməni tərəfini əyləşdirmək istəyir və eyni zamanda, Qarabağın danışıqlar prosesində iştirakını şərt kimi irəli sürməklə prosesi lap əvvələ, sıfır nöqtəsinə qaytarmaq istəyir. Erməni baş nazirin Qarabağla bağlı bu cür təxribatçı addımı açıq-aşkar cəbhədə toqquşmaya səbəb ola bilər. Aydın məsələdir ki, prezident İlham Əliyev Qarabağda cəmlənmiş erməni separatçıların danışıqlara tərəf kimi cəlb edilməsinə heç vaxt razı olmaz. Ermənistan tərəfindən sülh prosesinin fəlsəfəsinə zidd olan belə bir addımın atılması sonda Azərbaycana öz torpaqlarını hərbi yolla azad etməkdən başqa yol qoymayacaq. Güc variantı Azərbaycan üçün qaçılmaz və alternativsiz olacaq. Odur ki, nə qədər gec deyil, Paşinyanın xaricdəki ağaları onu ağıllı olmağa çağırsınlar”.

Xəbər 1394 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +