Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


04.06.2018  10:56 

“Akkord”un 600 milyon dollarlıq yolu belə dağılır - VİDEO





A+  A-

2010-cu ildə 600 milyon dollar dövlət vəsaiti hesabına salınan Bakı-Quba-Rusiya avtomobil yolu qazılır.
XəzərNews.az azeuronews.com-a istinadən xəbər verir ki, buna səbəb “Akkord” şirkəti tərəfindən betondan inşa olunan yolun dağılması, avtomobillərin hərəkətinin mümkünsüzlüyüdür.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu yol yenidən qazılaraq təmir işləri aparılır.

Təmir işlərinin aparılması Bakıdan şimal istiqamətə gedən və gələn sürücülərə çətinliklər törədir. Hərəkət sürətinin bəzi əraziləridə 30 km/s-a düşməsi magistral yolda tıxacın yaranmasına, sürücülərin əsəblərinin gərilməsinə səbəb olur.



“Akkord” 70 il demişdi, heç 3 il dözmədi

“Akkord” Bakı-Quba-Rusiya yolunu inşa edib o vaxtkı Nəqliyyat Nazirliyi nəzdindəki “Azeryolservis”ə təhvil verəndən 3 il sonra- 2013-cü ildə yolda çökmə və dağılmalar qeydə alınmışdı.

Yol Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilmişdi. 146 kilometrlik yolun 134,5 kilomteri “Akkord” Şirkətlər Qrupunun təşəbbüsü ilə betondan inşa edilmişdi. Yol istifadəyə veriləndə “Akkord” bu yolun 70 il davamlı olacağı barədə bəyanat yaymışdı.



Yolun tikintisinə 2008-ci ildən başlanılıb.

Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənmişdi. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunmuşdu.

Yerdə qalan 263 milyon 426 min manata isə, 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilmişdi.


Xəbər 1896 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +