Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.05.2018  10:27 

Xalq borc içində, AZAL prezidenti 31 milyonluq otel tikdirib





A+  A-

AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva Gürcüstanın kurort bölgəsi olan Batumidə 31 milyonluq otel tikdirib
Baş pilot ölkənin pullarını xaricə yatırır. Bu haqda xəbəri Gürcüstanın News.georgia saytı yayıb.

2013-cü il iyunun 19-da “SW-INN” MMC-nin təsisçilərinin Bakı şəhərində keçirilən növbədənkənar yığıncağında “SW-INN” MMC-nin adının dəyişdirilərək, “Gloria” qoyulması barədə qərar qəbul edilib. Həmin iclasda “Gloria” MMC-nin kapitalının artırılması barədə də qərar qəbul olunub.

Qərara əsasən, Zərifə Həmzəyevaya məxsus Batumi şəhəri K.Qamsaxurdiya küçəsi 8-10 saylı binalar, həmin küçədə yerləşən 5 və 6 saylı avtodayanacaqlar və 618 kvadratmetirlik qeyri - yaşayış binası “Gloria”MMC-nin əmlakına daxil olunub.

Bundan sonra “Gloria” MMC-də pay bölgüsü aşagıdakı kimi müəyyən edilib. Hazırda “Gloria”MMC Batumidə Xişaşvili küşəsində, bulvar ərazisində “Qazelli” otelini inşa etdirir. Oteldə tamamlanma işləri həyata keçirilir.

İnşaat işlərini Türkiyənin “MPA” İnşaat Şirkəti həyata kecirir. Digər türk şirkəti - “Zema” İnşaat Şirkətinin rəsmi internet saytının məlumatına görə, “Gloriya” MMC Batumidə gözəllik salonu inşa etdirir.

XəzərNews.az FİA.az-a istinadən bildirir ki, Batumidə “Qazelli” gözəllik salonunun son tamamlanma işlərini həyata keçirən “Zema” İnşaat şirkəti də Azərbaycanda bir sıra çoxmilyonluq dövlət layihələrinin həyata keçirilməsində iştirak edib.

“Zema” İnşaat şirkətinin rəsmi internet saytında yer alan məlumatlara görə, şirkət Azərbaycanda Heydər Əliyev adına Hava Limanının inşasında yaxından iştirak edib, bir sıra rayonlarda yeni aeroportların inşasını həyata keçirib.

“Zema” İnşaat Azərbaycanda dövlət sifarişlərini həyata keçirməklə yanaşı, Zərifə Həmzəyevaya məxsus “Qazelli” şirkətinin Azərbaycanda yerləşən fabrikini inşa edib.

Xalq kredit borcları içində, yoxsulluq, işsizlik, aztəminatlı ailələr çətin vəziyyətdə, şəhid ailələri, qazilərin ehtiyacları var, gənclər iş tapa bilmirlər, kirayələrdə yaşayırlar.

Ancaq məmurlar ölkənin sərvətlərini, milyonlarını xaricə daşıyırlar. Biri də C.Əsgərovdur ki, Batumidə otel tikdirir. Görəsən, niyə sadə vətəndaşlar bu pullara sahib çıxa bilmir?

Dövlət maaşı ilə C.Əsgərov necə otel tikdirə bilir? Çünki AZAL şefi ölkədə monopolist məmurlardan biridir. Onun əlindən quş da uça bilmir.

Qiymətlər baha, digər aviaşirkətlərin fəaliyyətinə imkan verilmir. Deputatlar da dəfələrlə AZAL-dakı bahalıqdan şikayətləniblər. Qeyd edək ki, “Qazelli” AZAL prezidentinin ailə üzvlərinə məxsus brenddir.

Azərbaycanın yerli kosmetika məhsulları bazarının aparıcı firması olan və 1999-cu ildə yaradılan “Qazelli”yə Əsgərovun xanımı Zərifə Həmzəyeva rəhbərlik edir.

Əldə etdiyimiz məlumata görə, hazırda bu firma fəaliyyət sahələrini xeyli genişləndirib və faktiki olaraq holdinqə - “Gazelli Group”a çevrilib.

“Azərbaycanda parfümeriya və kosmetika istehsalı ilə məşğul olan ilk şirkət” ünvanını daşıyan qrupa daxil olan şirkətlər artıq bir çox başqa sahələrdə, o cümlədən, turizm və otelçilikdə də irimiqyaslı işlərlə məşğuldur.

Xatırladaq ki, AZAL şefinin xanımı Zərifə Həmzəyeva Azərbaycanda məşhur iş adamı kimi tanınır.

Zərifə Həmzəyeva 1999-cu ildə təsis edilən və Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan “Gazelli” şirkətinin sahibidir.

“Gazelli” şirkəti Azərbaycanda ətriyyat-kosmetika məhsullarının istehsalçısı olan ilk şirkətdir.

20 milyon manatdan çox nizamnamə kapitalına sahib olan şirkətin Bakının Şüvəlan qəsəbəsində 10.000 kvadrat metrdən artıq istehsalat sahəsi və bir neçə törəmə müəssisəsi var. Şirkət iki yüz addan çox məhsul istehsal edir.

Xəbər 2712 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +