Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


20.11.2017  19:17 

Lotu Quli Türkiyədən böyük savaşa hazırlaşır





A+  A-

Azərbaycanlı qanuni oğru Nadir Səlifov (Lotu Quli) öz düşmənləri ilə hesablaşmağa hazırlaşır.
XəzərNews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt” agentliyi yayıb. Agentlik Lotu Qulinin ilk zərbəni qanuni oğru Merab Canqveladze və onun yaxın ətrafına vurmağı planlaşdırdığını bildirib:

"Bir müddət öncə həbsdən azad olan Səlifov Türkiyəyə yerləşib və burada öz klanını formalaşdırmağa başlayıb. Quli əvvəlcə Rövşən Lənkəranskinin klanına daxil olan Suxumi mafiyası və hətta Lənkəranskinin keçmiş mühafizəçisi olan qanuni oğru Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) ilə görüşüb. Belə bir təəssürat yaranırdı ki, nə Suxumi mafiyası, nə də Hacı Beyləqanski Qulinin adının Lənkəranskinin qətlində çəkilməsindən narahatdırlar. İddialara görə, bu görüşlərdən birində hətta Beyləqanski Səlifova tabe olacağı barədə razılıq verib. Hər şeyin plan üzrə getdiyi bir anda Suxumi mafiyasının Qulinin tabeliyi altına girməsinə Merab Canqveladze maneə yaradıb.

Noyabrın əvvəlində Türkiyədə Lənkəranskinin qardaşı Namiq Canıyev və Hacı Beyləqanski həbs edildi. Onlar Qulinin villalarından birinə hücum etmək istəyəndə yaxalandılar. Killerlərdən Səlifovun villasının əllə çəkilmiş planı ələ keçirildi. Aydın idi ki, bu plan evə tez-tez girib-çıxan biri tərəfindən çəkilə bilərdi.

Quli bundan sonra Hacı Beyləqanski haqqında ölüm qərarı çıxardı. Səlifovun şübhəsi altına Suxumi mafiyası da düşdü. Bundan sonra o, özünə müttəfiq axtarışı ilə bağlı tutduğu yönü dəyişdi. Son zamanlar Səlifov Merab Pipiya ilə əlaqələrini gücləndirib. 2012-ci ildə Canqveladzeni qanuni oğru hesab etmədiyinə görə balaca uşaq qarşısında döyülən Pipiya indiyə qədər ondan qisas almaq üçün fürsət axtarır. Səlifovla yaxınlıq edənlər arasında Aleksandr Kuşnerov (Kuşner) və Rəşad İsmayılov (Rəşad Gəncinski) da yer alır.

Maraqlı məqam odur ki, Quli danışıqlar zamanı rus mafiyasına yeni rəhbərdən bəhs etmir. O, mafiya liderinin gərəkli olmadığını və qanuni oğruların bir-biriylə bərabər hüquq çərçivəsində davranmalı olduğunu bildirir.

Görünür, Səlifovun sözləri təkcə Suxumi mafiyasına aid edilməyib. Artıq onun üzvləri kütləvi yerlərdə görünmürlər. Bu isə klanlararası böyük savaşın olacağını göstərir”.

Xəbər 1399 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +