Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


24.06.2017  16:07 

İşğal olunmuş hansı rayonun Facebook-dakı səhifəsi daha fəaldır...





A+  A-

Müasir dövrümüzdə dünyanın hər bir tərəfində baş verənlərdən ən qısa müddət ərzində məlumat ala bilirik. Bir neçə ilə bundan əvvəl müharibələrdə silahlar əsas rol oynayırdısa, indiki dövrdə informasiya silahlarla yanaşıdır. İnternet vasitəsilə geniş çevrəli təbliğat imkanları yaranıb.
İnternetin, sosial şəbəkələrin zərərli tərəflərinin olduğu deyilsə də, faydalı tərəfləri də çoxdur. Bu gün sosial şəbəkələr ən yaxşı təbliğat vasitəsidir. Sosial şəbəkələrin bu yöndə rolu böyükdür. Əsas məsələ bu təbliğat vasitəsindən istifadədir. Sosial şəbəkələr vasitəsi ilə baş verən hadisələr, məlumatlar sürətli şəkildə geniş auditoriya qarşısına çıxır.
Azərbaycanın torpaqlarının 20 faizi düşmən işğalında olduğu üçün bu vasitələrdən istifadə zərurətə çevrilir. Sosial şəbəkələrdə işğal olunmuş Azərbaycan torpaqlarının adı ilə bağlı yüzlərlə səhifə var. Belə səhifələrdə adətən şəhər və rayonların tarixi, tanınmış şəxsiyyətləri, gözəl guşələri və işğaldan sonra talan olunmuş vəziyyəti ilə bağlı məlumatlar, şəkillər paylaşılır, ermənilərin törətdikləri vəhşiliklər barədə informasiyalar verilir. Bu səhifələr həm də yeni nəslin vətənpərvər ruhda böyüməsinə təsir edir.

XəzərNews.az xəbər verir ki, Modern.az işğal olunmuş rayonların Facebook səhifələri ilə bağlı kiçik araşdırma aparıb.

Bu səhifələrdən ən çox üzvü olan “Justice for Khojaly Campaign”( “Xocalıya Ədalət Kampaniyası”) səhifəsidir. Səhifənin 54.575 üzvü var. Səhifə ermənilərin Xocalıda törətdiyi soyqırımı barədə bir neçə dildə məlumatlar verir.

“Laçın” səhifəsinin 21400-dən çox üzvü var. Bu səhifədə də Laçın, Qarabağ haqda məlumatlar paylaşılır. Səhifədə Laçının işğaldan əvvəl və hazırkı durumu ilə bağlı şəkillər yerləşdilir. Səhifənin istifadəçiləri aktivdir, onlar hər paylaşılan məlumata reaksiya verir.

“KƏLBƏCƏR” səhifəsinin 20500-dən çox üzvü var. Bu səhifədə də digərləri kimi məlumatlar paylaşılır, xarici mənbələrdən əldə edilmiş Kəlbəcərin indiki şəkilləri yerləşdirilir. Səhifədə Kəlbəcər ziyalıları haqda məlumat verilir. Səhifənin eyni adlı qrupu da var. “KƏLBƏCƏR”də də üzvlər üzvlərin aktivliyi müşahidə edilir.

Ağdamın adı ilə bağlı da çox səhifə və qrup var. Bunlardan “Bizim Ağdam” səhifəsi ən böyük izləyici sayına malikdir. Səhifənin 17600-dən çox izləyicisi var. Bundan başqa, 10000-dən çox üzvü olan “AĞDAMLILAR” qrupu da aktivdir.

“Cəbrayıl” səhifəsinin 11300 nəfərə yaxın üzvü var. “Cəbrayıl”da da Qarabağ həqiqətləri ilə bağlı məlumatlar paylaşılır. Son zamanlar Cocuq Mərcanlı kəndi ilə bağlı informasiyalar yayılır.

12360 –dan çox üzvü olan “Füzuli” səhifəsində bu rayonun təbliğatı aparılır.

Qubadlı ilə bağlı da xeyli səhifə var. Bunlardan “Qubadlı” səhifəsinin 11000-dən çox izləyicisi var. 6800-dən çox üzvü olan “Qubadlı Rayonu” səhifəsi də aktiv fəaliyyət göstərir.

Zəngilanın adı ilə bağlı olan “Zengilan” səhifəsində fəallıq müşahidə edilir. Səhifənin 5800-ə yaxın üzvü var.

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın adı ilə bağlı “Şuşa” səhifəsində aktivlik müşahidə edilmir. Bu səhifənin 3000 mindən çox üzvü var. Səhifənin paylaşımları uzun müddətdir dayanıb.

Xəbər 1531 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +