Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


20.05.2017  10:32 

Təsadüfi “yaxınlıq” – cinsi yolla yoluxan infeksiyaların özəyi





A+  A-

Mənşəyi indiyədək tam öyrənilməyən zöhrəvi xəstəliklər — cinsi yolla yoluxan infeksion xəstəliklər qrupu (sifilis, süzənək, yumşaq şankr, qasıq limfoqranulomatozu və s) əsasən, təsadüfi yaxınlıqlar nəticəsində meydana çıxır. Bu xəstəliklərlə bağlı hələ qədim zamanlarda bir çox ölkələrin (Misir, Babilistan, Çin və b.) böyük tibb alimləri məlumatlı olmuş, öz əsərlərində bu haqda ətraflı bəhs etmişlər. Uzun müddət bütün zöhrəvi xəstəliklərin eyni adlı bir xəstəlik olduğu güman edilsə də, sonralar – elmin inkişafı nəticəsində onları təsnifatlandıraraq ayrı-ayrı qruplara ayırmışlar.
Cinsi yolla yoluxan infeksiyalar təsadüfi yaxınlıqlar nəticəsində yayılır və vaxtında, düzgün müalicə aparılmadıqda uzun sürür, xəstənin əmək qabiliyyəti itir, bəzən də əlilliyə səbəb olur. Süzənək bir sıra qadın xəstəliyinə, kişinin, yaxud qadının sonsuzluğuna gətirib çıxarır. Sifilis müalicə edilmədikdə nəslə keçir, anadangəlmə eybəcərliyə, karlığa, korluğa və s. səbəb olur.
Cinsi yolla keçən infeksiyaların əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. Bu xəstəliyin “sirri”, əsasən, əksər hallarda heç bir əlamətlə özünü büruzə vermək istəməməsindədir. Bəzi hallarda isə simptomlar çox zəif dərəcədə ifadə olunur ki, bu da xəstəliyi müəyyənləşdirmədə çətinliklər yaradır. Xəstəlik zamanında müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı cinsi yolla keçən infeksiyalara görə müayinələrin aparılması çox vacib hesab edilir.
Burada zəruri qeyd kimi vurğulamaq istərdik ki, anatomik quruluşundakı xüsusiyyətlərinə görə, qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Eyni zamanda, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə “yardımçı” olur.
Cinsi yolla yoluxan infeksiyalar ibtidaidən zöhrəvi xəstəlik adlanır və məhəbbət ilahəsi Zöhrənin adı ilə bağlıdır. Hazırda, bu xəstəliyin 30-dan çox növü məlumdur və ən çox rast gəlinən əlamətləri bunlardır:
- cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
- çox tez-tez və ağrılı sidik ifrazı;
- cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;
- bədəndə səpgilərin əmələ gəlməsi;
- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
- limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.
Əgər, hər hansı şəxs (qadın və ya kişi) özündə cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda aidiyyəti üzrə həkimə - qadınlar ginekoloqa, kişilər isə uroloq-androloqa və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, xəstəlik gizli şəkildə də keçə bilər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdır. Bu, gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir!
Cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilər edilərkən uretradan yaxma (sınaq) götürülür, sidiyin müayinəsi təyin edilir. Qadınlarda isə uşaqlıq yolundan və ya uşaqlıq boyunundan, yaxud sidik kanalından yaxma götürülür. Əgər, qadın hamilə olarsa, o, bu barədə öz həkiminə mütləq xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ümumiyyətlə, ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq cinsi yolla keçən infeksiyalarla bağlı müayinədən keçməlidirlər. Bütün bunlardan uzaq olmağın yolu isə olduqca sadədir - təsadüfi “yaxınlıqdan” uzaq olmaq. Bu, hər şeydən əvvəl ağrısız və xoşbəxt yaşam üçün bir təminatdır.
Təqribən, yarım əsr bundan əvvəl cinsi yolla yoluxan infeksiyalar arasında ən çox yayılmış xəstəliklər sifilis və süzənək hesab olunurdu. Hər iki xəstəliyə, əsasən, əxlaqsız qadınlar arasında rast gəlinirdi. İndi isə bu qəbildən olan xəstələrə hər iki cinsin nümayəndələrində təsadüf olunur. Olduqca təhlükəli vəziyyət yaranıb. Təəssüf hissi ilə bildirməliyik ki, əhalinin başqa qruplarına nisbətən, xəstəliyiyə yoluxma yeniyetmələr arasında daha çox yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə əsasən, hazırda hər 20 yeniyetmədən biri bu xəstəliyin daşıyıcısı hüsab olunur. Bütün bunlar daha çox “müasirliyin” birtərəfli qavrayışından və buna paralel olaraq tibbi bilgisizlikdən qaynaqlanır. Nəticə göz önündədir. Ümumiyyətlə, nəzərdən qaçırılmamalıdır ki, düşünülməmiş seksual fəallıq, əslində, fiziki həyata və reproduksiyaya təhlükə yaradan üsullardan biri kimi cinsi yolla yoluxan infeksiyaların yayılmasına səbəb olur. Bəziləri belə hesab edirlər ki, maraq göstərdikləri “tərəf müqabili” tam sağlamdır. Bu, tam yanlış yanaşmadır. Axı, kim zəmanət verə bilər ki, onun əvvəlki partnyoru sağlam birisi olmuşdur? Təbii ki, bunu bilmək mümkün deyil. Və yadda saxlamalıyıq ki, insan özündə cinsi yolla yoluxan infeksiyaların olmasından uzun müddət xəbərdar olmaya bilər, çünki bir çox xəstəliklərin nəzərəçarpan əlamətləri, eyni zamanda, cinsi üzvlərdə həmişə dəyişikliklər olmur; bundan əlavə, bəzi xəstəliklər qeyd etdiyimiz kimi, uzun müddət özünü göstərməyə bilər.
Burada maraqlı görünən bir nüansı qeyd etmək istərdik, çinki olduqca vacibdir. Bəzən (əslində, daha çox əksər hallarda) bu xəstəliyə yoluxanlar el dili ilə desək, dilə-dişə düşməmək üçün özlərinə fərdi müalicə üsulunu seçərək bundan qurtulmağın daha asan yolunu tapdıqlarını düşünürlər. Lakin yanıldıqlarının fərqində olmadıqlarından həkimsiz özünü müalicənin necə böyük təhlükələrə yol aça biləcəyini düşünmək belə istəmirlər. Gəlin unutmayaq ki:
• İnsan özü heç vaxt hansı infeksiyaya yoluxduğunu bilmir, buna görə də düzgün müalicə seçə bilməz;
• Müalicə edilməmiş xəstəlik gec və ya tez, mütləq xroniki formaya keçir və fəsadlarla ağırlaşa bilər;
• Antibiotiklərin qeyri-düzgün qəbulu ( dozanın az olması və ya qəbullar arasında olan vaxtın çох uzun olması) xəstəlik yoluxucusunun dərmanlara qarşı davamlılığını artırır, belə infeksiyadan can qurtarmaq isə çox çətin olur.
Əgər, bir çox xəstəlikləri tez və asanlıqla müalicə etmək mümkündrsə, o zaman səbəbələr müxtəlifliyi hər nə qədər çox olsa belə, insan düzgün seçim etməyə borcludur, yəni sahə üzrə aidiyyəti həkimə nə qədər tez müraciət etsə, bir о qədər yaxşıdır. Müalicə kursunun düzgün aparılması və gözlənilməsi, cinsi əlaqələrdən müvəqqəti imtina, spirtli içkilərdən çəkinmə xəstəlikdən tez sağalmanın şansını artırır. Burada vacib bir məqam isə cinsi partnyorların yoluxmuş şəxslə birlikdə müalicə almalarıdır, əks təqdirdə, təkrar yoluxma baş verə bilər və bu da təbii qanunauyğunluqdur. Müalicədən sonraki analizin aparılması əlavə zəmanət sayıldığı üçün buna səthi yanaşmaq düzgün hesab olunmur. Yəni, həm düzgün müalicə ol, həm də təminatını al.
Nə qədər ağrılı olsa belə, etiraf etməliyik ki, cinsi yolla yoluxan infeksiyalarla mübarizə daimi və fəal şəkildə aparılsa da, buna baxmayaraq, xəstələnmə səviyyəsi yenə artmaqdadır. Bəzən, bir çoxlarının bilərəkdən bu xəstəliyə qucaq açmaları, sadəcə, təəccüb və təəssüf hissi doğurur.

Zaur Nuriyev
RDZD-nin həkim - dermovenereloqu



Xəbər 7073 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +