Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.05.2017  12:07 

İcra başçısının qardaşı oğlunun adı MTN işində





A+  A-

Ləğv olunmuş MTN-in Antiteror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini, polkovnik Azər Mehdiyev ibtidai istintaqa ifadə verib.
Polkovnik barəsində olan cinayət işinin ittiham aktına istinadən olan məlumata görə, Azər Mehdiyev verilən ittiham üzrə özünü təqsirli bilməyib. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu ilə 250 min dollar tələb etməkdə və 120 min dollar almaqda ittiham edildiyi epizod üzrə dindirilərkən deyib ki, Mark adlı tanışı onlara müraciət edib. “Mark Maqsudla aralarında olan torpaq mübahisəsinin həllində köməklik etməyimi xahiş etmişdi. İlqar Əliyevin tapşırığına əsasən, 2015-ci ilin iyun ayında Maqsud Mahmudovu MTN-ə dəvət elədim. Maqsud Mahmudov söz verdi ki, bu məsələni həll edəcək, lakin ondan pul almamışıq. Bu məsələdən baş idarə rəisi Elçin Quliyevin də məlumatı olub".

Həbsdə olan polkovnik, həmçinin, qeyd edib ki, sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edildiyini, Yalçına məxsus 30 min dollar dəyərində "İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu ilə əlindən alındığını etiraf edib: "İlqar Əliyevin xidməti otağına gedərək orada adının sonradan Mahirə Süleymanova olduğunu bildiyim bir qadının olduğunu gördüm. İlqar Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz şəkildə alınaraq qaytarılmadığını, ona görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq ona köməklik etməyimi bildirdi. Daha sonra Mahirə Süleymanova ilə birlikdə otaqdan çıxdım. Ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi birgə yaşadığı şəxslə Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi. Bildirdi ki, bununla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Bu mübahisənin həlli ilə bağlı Mahirə öz tanışının əvəzinə özünə məxsus olan “İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevin tanışının adına rəsmiləşdirib. Mahirənin yazdığı ərizənin icrası Antiterror Mərkəzinin rəhbərliyi tərəfindən mənə həvalə edildi. Bundan sonra ərizə ilə əlaqədar 2015-ci ilin təxminən oktyabr ayında Yalçın Abdullayevin telefon nömrəsinə zəng etdim. Onu MTN-ə dəvət etdim. Yalçın Abdullayev də bu məsələlərlə əlaqədar ətraflı izahat verdi, Mahirə Süleymanovanın özünə məxsus “İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən, Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Yalçının qardaşı Zaur Abdullayevi isə hansı əməkdaşın qəbul etdiyini bilməmişəm. Araşdırma zamanı qeyd edilən avtomobillə bağlı Binəqədi rayon Məhkəməsində mülki işin olduğu bir daha təsdiq olundu. Bundan sonra İlqar Əliyev Yalçın Abdullayev və Sahib Əliyevi şəxsən qəbul etdi və onlardan Mahirəyə məxsus avtomobili qaytarmalarını tələb etdi. Sahib Əliyev də Yalçın Abdullayevin ona 30 min dollar borcunun olduğunu, həmin pulu aldıqdan sonra avtomobili Mahirəyə qaytara biləcəyini söylədi. Yalçın da İlqar Əliyevin yanında həmin pulu Sahibə qaytaracağına söz verdi. Növbəti gün avtomobilin Mahirəyə qaytarılacağı razılaşdırıldı və onlar MTN-dən buraxıldı”.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Yalçın Abdullayev Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

Azər Mehdiyev bildirib ki, proseslərin gedişatının Elçin Quliyevə mütəmadi olaraq məruzə edilməklə nəzarətində saxlanıldığını bilib.

Azər Mehdiyev həmçinin zərərçəkənlərdən Malik Mustafayevin intihar etməsi faktı ilə bağlı da ifadə verib. Polkovnik bildirib ki, bu barədə 2014-cü ilin noyabr ayında elə intihar ərəfəsində eşidib: “İntiharın səbəbi barədə maraqlanmamışam və bu barədə məlumatım olmayıb. Mətləb Mustafayevi dəqiq xatırlamadığım tarixdə Antoterror Mərkəzinin 1003 saylı otağında İlqar Əliyevin yanında görmüşəm. Amma Mətləb Mustafayevlə İlqar Əliyevin nə bərədə söhbət etmələrini bilməmişəm. Mətləb Mustafayevlə İlqar Əliyevi görən zaman otaqda vəkil olmayıb”.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

(lent.az)

Xəbər 1939 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +