Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


09.02.2017  13:54 

Dollar ucuzlaşırsa, qiymətlər niyə düşmür...





A+  A-


Artıq bir neçə gündür ki, Mərkəzi Bankın Neft Fondu ilə birgə keçirdiyi hərraclarda mili valyuta möhkəmlənməyə başlayıb. Məsələnin qəribə tərəfi odur ki, məntiqlə dollar ucuzlaşırsa, buna uyğun şəkildə xaricdən idxal edilən “Aİ-95” premium benzini, ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində enmə baş verməlidir. Amma bu, müşahidə edilmir. Əgər iqtisadiyyatı idxaldan asılı ölkə olaraq dollar bahalaşanda qiymətləri qaldırırıqsa, dollar ucuzlaşanda da buna adekvat addım atılmalıdır.

XəzərNews.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında məsələ ilə bağlı çoxsaylı müraciətlər aldığını bildirib:

“Manatın möhkəmlənməsi müşahidə edilsə də, qiymətlərdə elə bir dəyişiklik yoxdur. Çünki manatın möhkəmlənməsi müvəqqəti xarakter daşıyır. Bu möhkəmlənmə üçün baza olmalıdır. Bunun arxasında həmişə neft, idxal-ixrac əməliyyatları, tələb və təklif dayanıb. Digər tərəfdən, bu gün faktiki olaraq manat Mərkəzi Bank, dollar isə Neft Fondu tərəfindən maliyyə bazarına buraxılır. Yəni bu iki qurum istənilən vaxt razılığa gəlib manatı stabilləşdirmək üçün bu cür addımlar atırlar. Hətta hazırda banklarda manat qıtlığı yaranıb. Mən hər zaman demişəm ki, proses manatın həqiqi bazar qiymətini alacağı vaxta qədər davam edəcək. Necə ki, Qazaxıstan və Rusiyada bunu gördük”.

V.Əhmədov apteklərdə yaşanan dərman qıtlığı ilə bağlı narahatlığını ifadə edib:

“Dərman pereparatlarının qiymətlərinin tənzimlənməsilə əlaqədar Tarif Şurasının qərarları oldu. Amma bu qərarlardan sonra qiymətlər kəskin  bahalaşdı və dərman qıtlığı yaşanmağa başladı. Əgər tənzimlənən qiymətləri tətbiq ediriksə, bu, hər yerdə eyni olmalıdır. Bunlar, dövlət başçısının verdiyi göstəriş və qərarlardır. Amma bu gün faktiki olaraq dərmanlar çox yüksək qiymətə satılır, hətta bəziləri insanlar üçün əlçatmaz olub”.

“Bu yaşıma qədər görmədim ki ...”

Parlament üzvü bildirib ki, ərzaq məhsulları ilə bağlı da vəziyyət eynidir:

“Doğrudur, bəzi məhsullar idxal olunduğu üçün qiymətlərində artım var. Elə mal-məhsul da var ki, yerli istehsaldır, hazırlanmasında xarici komponentlərdən istifadə edilmir, amma onun da qiyməti qaldırılıb. Əgər manat dəyərə minir, dollar ucuzlaşırsa, qiymətlər də ucuzlaşmalıdır. Yox manat ucuzlaşırsa, dollar bahalaşırsa, xaricdən gələn malların da qiymətində artım olmalıdır. Amma bizdə bu baş vermir. Ona görə də qiymət siyasətinə yenidən baxılmalıdır. Ən əsası isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu işlərə ciddi nəzarət etməlidir. Çünki bu komitənin regionlarda da şöbələri var. Kimin nəyi, hansı qiymətə, necə gəldi satması yolverilməzdir.

Siz heç görmüsünüz ki, Azərbaycanda milli valyutanın məzənnəsi möhkəmlənəndə, neftin qiymətləri qalxanda, bizdə hansısa məhsulun qiymətində dəyişiklik olsun? Mən bu yaşıma qədər belə halla rastlaşmamışam. Əksinə, dollar cüzi bahalaşan kimi bütün məhsulların qiyməti avtomatik qalxır. Bizdə ümumiyyətlə qiymət siyasətilə əlaqədar problem çoxdur. Hətta bununla bağlı bir neçə nazirlə də söhbətlərimiz olub. Hazırda Azərbaycanda subyektiv qiymətlər obyektiv qiymətləri üstələyib”.

Mərkəzi Bankın məntiqsiz qərarı...

İqtisadçı bildirib ki, manatın yumşaq devalvasiyasının qarşısını almaq gərəksizdir:

“Proses davam etdikcə manat öz həqiqi bazar dəyərini alacaqdı. Hazırda cənab Prezident tərəfindən ciddi islahatlara start verilib. Ola bilər ki, manatı qoruyub saxlamaq ona görə sərf edir ki, əvvəlki ilə nisbətən idxalı azaldıblar. Bununla da dolların xaricə çıxmasının qarşısı müəyyən qədər alınıb. Faktiki olaraq manatın məzənnəsi tənzimlənir. “Üzən məzənnə” siyasətinin tətbiq edildiyi deyilsə də, Azərbaycanda “üzən məzənnə” yoxdur. Buna keçid prosesi gedirdi, amma birdən-birə bunun da qarşısı alındı. Bu isə başadüşülən deyil”.



Xəbər 1342 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +