Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


13.11.2022  10:05 

İmam Sadiq namazı necə qılırdı?





A+  A-

Həmad ibni İsa nəql edir: "İmam Sadiqin (ə) xidmətində idim, mənə buyurdu: "Namazı yaxşı qıla bilərsənmi?".

Dedim: "Necə bacarmayım ki, namaz haqqında yazılan "Hərir" kitabını əzbərdən bilirəm"".

Həzrət (ə) buyurdu: "Sənin üçün zərəri yoxdur, ayağa qalx və namaz qıl ki, mən də sənin necə namaz qıldığını görüm".

Mən üzü qibləyə dayanıb, namaz qılmağa başladım və namazın bütün rüku və səcdəsini yerinə yetirdim. Ancaq İmam (ə) bu namazı bəyənmədi və buyurdu:

"Namazı yaxşı qılmadın. Necə də bir insan üçün çirkindir ki, ömründən 60-70 il keçər və bir kamil namaz qıla bilməz".

Mən xəcalət çəkdim və dedim: "Qurban olum, namazı mənə təlim verin".

İmam (ə) üzü qibləyə dayandı və əllərini azad buraxdı. İmamın (ə) barmaqları bir-birinə sıxılmış idi. Ayağının barmaqlarını da qibləyə tərəf çevirdi, təvazökarlıq və qəlb hüzuru ilə buyurdu: "Allahu Əkbər".

Sonra "Həmd" və "İxlas" surəsini tərtillə oxudu. "İxlas" surəsi bitəndən sonra bir nəfəs çəkilən qədər səbir etdi.

Sonra əllərini üzünə qədər qaldırdı və dayandığı halda buyurdu: "Allahu Əkbər". Ondan sonra rükuya getdi və əllərinin içini dizinə qoydu.

Həzrətin (ə) barmaqları açılmış halda idi. Ondan sonra səcdəyə getdi və səcdə halında əllərini bədəninə yapışdırmamışdı və bədəninin yeddi üzvünü yerə qoymuşdu.

Səcdə edən zaman alnı, əllərinin içi, iki diz qapağı, ayağının iki baş barmağı, burnunun ucu yerə dəyirdi.

Birinci səcdədən qalxan zaman buyurdu: "Allahu Əkbər". Sağ böyrü üstə əyləşdi və sağ ayağını sol ayağının altına qoydu. Buyurdu: "Əstəğfirullahi Rabbi və ətubu ileyh" və əyləşdiyi yerdə yenə buyurdu: "Allahu Əkbər" və ikinci səcdəyə getdi. Onu da birinci səcdə kimi yerinə yetirdi.

Təşəhhüdü deyən zaman İmamın (ə) barmaqları bir-birindən açılmış vəziyyətdə idi. Namazı bitirəndən sonra buyurdu: "Səcdə zamanı bədənin yeddi üzvünün yerə qoyulması vacibdir. Burnunun ucunu yerə qoymaq sünnətdəndir (müstəhəbdir)".

Sonra bu ayəni tilavət etdi: "Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü - hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın". ("Cinn" 18).

İmam (ə) buyurdu: "Ey Həmad! Bu cür namaz qıl!".

Xəbər 946 dəfə oxunub.




27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +