İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək


23.04.2023  18:01 

Azərbaycanın mülki döyüşçüləri: XALQIMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ





A+  A-

Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması xəbəri son ayların olduqca sevindirici xəbəridir. Bu, bir daha onu göstərir ki, güc birlikdədir, güc vəhdətdədir, güc Prezidentin ətrafında sıx və bir yumruq kimi birləşməkdədir.

Bu Vətən hamımızındır, Vətənimizin qorunmasında və mühafizəsində təkcə hərbçilərimizin və silahlı qüvvələrimizin deyil, vətəndaş cəmiyyətinin, eləcə də xalqın hər bir sıravi nümayəndəsinin rolu və zəhməti var.

Nə az, nə çox - düz, dörd aydan çoxdur ki, Laçın-Xankəndi yolunda etiraz edən aksiya iştirakçılarının zəhmətləri öz bəhrəsini verməkdədir. Hələ ötən ilin dekabr ayından etibarən etirazlara başlayan aksiya iştirakçılarının tələblərindən biri də yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması idi.

Biz bunu bacardıq, bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hərbçi olub-olmamasından, hərbi forma geyinib-geyinməməsindən asılı olmayaraq hər bir vətəndaş döyüşçüdür!

Toğrul Allahverdili

Xəbər 639 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +