Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


12.07.2017  13:25 

MİDA güzəşt hüququ olmayan vətəndaşlara sosial mənzil TƏKLİF EDİR





A+  A-

“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 yaşayış binasının tikintisindən sonra sosial mənzil şəhərçiyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması da nəzərdə tutulacaq.
Bu barədə XəzərNews.az-a iqtisadçı Vüqar Bayramov məlumat verib.
O qeyd edib ki, “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb:
“İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq”.
Ekspert deyib ki, bununla belə, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək:

“Nəticədə, şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək. Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, “MİDA” həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdusa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə, o zaman sözügedən iki binadakı mənzillərə müraciət etmək hüququ olacaq.
Eyni zamanda altmış mənzillik on iki mərtəbəli binanın pulsuz olaraq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər”.

Xəbər 1185 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +