Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


12.09.2019  13:39 

Buraxılış imtahanının nəticələri açıqlandı





A+  A-

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I mərhələsi və tam orta təhsil bazasında buraxılış imtahanı verən şagirdlərin nəticələri elan olunub.
XəzərNews.az-a daxil olan məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab vərəqələrinin qrafik təsviri ilə tanış ola bilərlər.

Məlum olduğu kimi, DİM 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif üzrə buraxılış imtahanı verən şagirdlər nəticələri ilə aşağıdakı linkdən tanış ola bilərlər: http://eservices.dim.gov.az/2019/netorta/?frm=egov

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xəbər 1147 dəfə oxunub.




14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +