Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


03.05.2023  10:35 

“Dövlət Proqramı kağız üzərində qalır” - Ekspert





A+  A-

“Son günlər və son aylar ölkə yollarında qəzaların, buna uyğun olaraq ölən və yaralananların sayı artır. Bəzi insanlar sadəlövhcəsinə düşünürlər ki, sadəcə sürücü, piyada və digər hərəkət iştirakçılarının maarifləndirilməsi, təbliğat və təşviqat yolu ilə bunun qarşısı alına bilər. Təəssüf ki, belə deyil”.

XəzərNews.az xəbər verir ki, bu sözləri nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sosial şəbəkə hesabında bildirib.

Ə.Hüseynov qeyd edib ki, bu sahədə sistem xarakterli işlər görülməlidir: “Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı kağız üzərində qalmaqdadır. Proqramda əsas istiqamətlər var: sürücü hazırlığı və sürücülük vəsiqəsi alma işini təkmilləşdirmək; avtomobillərin texniki vəziyyətini yaxşılaşdırmaq; yol infrastrukturunu, hərəkətin təşkilini təkmilləşdirmək, ictimai nəqliyyatı inkişaf etdirmək və s.

Sistem xarakterli işlər elmi tədqiqat səviyyəsində təhlillər istəyir. Ötən şənbə və bazar günləri ölkə yollarındakı qəzalarda 16 ölüm qeydə alındı. Bu vəziyyətin (sadəcə ayrıca hadisələrin yox) səbəbləri araşdırılmalıdır. Araşdırma parametrləri çoxdur. Məsələn, hansı avtomobillər qəzaya düşdü və onların texniki vəziyyəti necə idi? Minik avtomobilləri ilə orta günlük yürüş məsafəsi nə dərəcədə artdı? İctimai nəqliyyatda hansı dəyişikliklər oldu? Qəza iştirakçıları hansı sürücülərdir, onların peşəkarlığı nə səviyyədədir? Qəzalar hansı yollarda baş verdi, bu yolların hansı özəlliyi var? və s. Belə elementar araşdırmalar və onların nəticələrinə uyğun real tədbirlər olmasa, heç nə dəyişə bilməz”.

“Təbliğat və təşviqata da böyük ehtiyac var. Hətta onun da mahiyyətini və hədəflərini yeniləmək lazımdır. Əsas hədəf cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq olmalıdır. Başlıca hədəflərdən biri ictimai nəqliyyatın inkişaf etdirilməsidir. Bərbad ictimai nəqliyyat olan yerdə yol hərəkəti təhlükəsizliyi olmur”, - ekspert vurğulayıb.

Xəbər 663 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +