Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


05.04.2022  22:08 

Qarayevlərin Avropadakı mülkləri - FOTO





A+  A-

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Xorvatiyanın Pula şəhərində üçmərtəbəli hoteli var.

XəzərNews.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
Həmin araşdırmanı təqdim edirik:

“Adriatik dənizinin sahilində Xorvatiyanın tarixi Pula şəhəri Avropanın ən maraqlı turizm məkanlarındandır. Şəhərin mərkəzində romalılar zamanında qladiator döyüşlərinin keçirildiyi Amfiteatr meydanı bütün dünyadan turistləri özünə cəlb edir.



Koleziumun (dairəvi Amfiteatr arenası) yanında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus üçulduzlu, üçmərtəbəli "Amfiteatr" hoteli yerləşir. Əbülfəs Qarayev bu hotelə 12 il əvvəl sahib olub. O, həmin vaxt Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edirdi.

Pulanın Amfiteatr küçəsi 6-da yerləşən hotel 18 nömrədən və geniş restorandan ibarətdir. Bura köhnə tarixi bina olub, yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə icazə veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, hotel Azərbaycandan olan "biznesmenə" 1 milyon avroya başa gəlib.



Yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada Mutvoranska 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovadır.

Xorvatiya mənbələrinə görə, LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci ildə gəliri 604.712.00 HRK (xorvat pul vahidi) təşkil edib.

Şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı sənədlərdə keçir. Anar Nağıyev Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb.
O, vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq əmək və əhalinin əosial müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. Anar Nağıyevin atası bir zamanlar Səbail və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.

Yeri gəlmişkən, Əli Nağıyevin Rusiya paytaxtında bizneslə məşğul olan oğlu Araz Nağıbəyli də Qarayevlər ailəsinə məxsus şirkətlərdən birinin direktoru olub.



Xorvatiya mediası o zaman Qarayevlərin hotelinə iki mənbədən - Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərindən vəsait yatırıldığını yazırdı. Məlumat Qarayevlərin Azərbaycan mədəniyyətinin talan edilməsi hesabına əldə edilmiş pulların BƏƏ-yə qədər daşındığına ipucu verir.

Qarayevlərin Adriatik sahillərinə marağı Xorvatiyanın bu əsrarəngiz şəhəri ilə bitmir. Keçmiş nazirin həyat yoldaşı 2010-cu ildə Xorvatiyadakı şirkət üzərindən daha cənubdakı Monteneqroda da eyni adla şirkət - "L.K.Montenegro”nu açıb. Bu şirkət vasitəsilə Qarayevlər Monteneqroda da daşınmaz əmlak sahibi olurlar.

Şirkət əslində Qarayevlərin Adriatik sahilindəki kiçik kurort şəhəri Herseq Novidə, Srbina küçəsi 1-də aldıqları bağ-bağatlı iri mülkün üzərinə qeydiyyata alınıb, 2018-ci ildə ləğv edilib.

Qarayevlərin Herseq Novidəki şirkətinin direktoru qismində Abbas Fatullayev adlı şəxsin adı keçir. Abbas Fatullayev Davud oğlu Qarayevlərin Azərbaycanda təsis etdikləti “Gals” MMC-nin də qanuni təmsilçisidir.
Qarayevlərin Azərbaycan, Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edən şirkətləri haqqında iki il əvvəl yazmışam.

- “Triat Exire" UAB (LTD) - Litva
- "KL Bodrum Emlak Ticaret ve Sanayi Limited" - Türkiyə
- “SQ-FUTURE” MMC - Azərbaycan
- TM GROUP - Azərbaycan
- QALS MMC (ГАЛС ООО) - Rusiya
- “GALS GALLERY” MMC - Azərbaycan
- “GALS BEAUTY AND SPA” - Azərbaycan
- RİMBA S.A. - Panama (ləğv edilib)
- GREEN FARMS AZERBAİJAN MMC - Azərbaycan
- GREEN FARMS INTERNATIONAL LTD -Malta
- A&S LIMITED - Malta
- ADİNOTEC LTD - Malta
- “COLAB” Biznes mərkəzləri - Azərbaycan
- Bodrumda hotel
- Nazilrum gözəllik salonları - Azərbaycan
- Biləsuvarda 5000 ha torpaq sahəsi”.


Xəbər 1575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +