Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


27.03.2018  09:26 

Əfvdən nə xəbər var? - “İlk sərəncam ola bilər”





A+  A-

Novruz bayramında əfv sərəncamının verilməməsi ilə bağlı müzakirələr səngimək bilmir. 2005-ci ildən bu yana demək olar ki, hər ilin martında şahidi olduğumuz sərəncamın bu il imzalanmaması çoxsaylı suallar yaradıb.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Əfv Komissiyasının üzvlərinin sərəncamın verilməməsi ilə bağlı yetərli mövqeləri var. Onlar əsas səbəb kimi müraciətlərin hamısına komissiyanın vaxt çatdırıb baxa bilməməsini göstərirlər.

May ayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı həm amnistiya aktının qəbulu, həm də əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, əfv sərəncamının nə vaxt imzalanması prezidentin müstəsna səlahiyyətidir: “Qanunvericilikdə hansı müddətlərdə konkret olaraq, əfv sərəncamının verilməsi ilə bağlı göstəriş yoxdur. Əfv institutunun hüquqi təbiəti buna yol vermir ki, konkret müddət olsun. Prezident istədiyi vaxt bu instituta müraciət edib, konstitusiyanın verdiyi hüquqlardan istifadə edə bilər. Əfv Komissiyasına edilən müraciətlər hərtərəfli araşdırılır. Bu sadə bir iş deyil. Hər bir müraciətə rəylər alınır, arayışlar təqdim olunur. Hər müraciətlə bağlı mənfi və ya müsbət rəyin verilməsi ciddi araşdırma tələb edir. Əfv Komissiyasının iclaslarındakı müzakirələr hər zaman açıq müzakirə şəraitində keçir. Komissiyanın sədri bütövlükdə hər kəsin fikrini diqqətlə izləyir və hər kəs də müraciətlə bağlı fikrini ifadə etmək imkanına malikdir”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, əfv sərəncamının verilməməsinə müxtəlif səbəblər əsas olub: “Göründüyü kimi, bu ərəfələrdə beynəlxalq aləmdən də təzyiqlər olmadı. Ola bilsin ki, bayram günlərinin çoxluğu, eləcə də müxtəlif işlərin çox olması komissiyaya müraciətlərə tam baxmağa imkan vermədi. Ümid var ki, prezident seçkiləri başa çatandan sonra ilk verilən sərəncam əfv olsun. Komissiya üzvü olan və dövlət orqanlarında çalışan şəxslərin seçkilər öncəsi işlərinin nə qədər çox olduğunu unutmamalıyıq”.

Xəbər 1043 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +