Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto


11.10.2021  11:40 

“Heç kişi də qorxar?” - Gəncəli Bəxtiyar





A+  A-

Keçən il oktyabrın 11-də Ələkbər bəy Rəfibəyli küçəsində insanlar gecəni dəhşət və ölümlə qarşıladılar. Təxminən saat 10 radələrində Ermənistanın raket hücumu nəticəsində 10 nəfər həlak oldu, 30-dan çoxu isə yaralandı.

Faciə yerindən dünyaya Ermənistanın dinc əhaliyə terrorunu əks etdirən dəhşətli görüntülər yayılırdı. Dünya bu kadrlarla yanaşı, sifəti qan içində olan 6 yaşlı balaca Bəxtiyarın təbəssümündə həm də Azərbaycan xalqının sınmaz iradəsini, mərdliyini gördü. Balaca Bəxtiyar sanki erməni vəhşiliyinə təbəssümü ilə cavab verirdi, Azərbaycan xalqının qorxmaz iradəsini göstərirdi.

XəzərNews xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri balaca Bəxtiyarla görüşüb, o dəhşətli günləri onun ailəsinin, özünün dilindən bir daha dinləyib.

Gəncənin balaca qəhrəmanı Bəxtiyar Heydərli hər gün gəlib evlərinin dağıntılarını seyr edir. Yanmış, sınmış oyuncaqlarını, qonşularını, balaca dostlarını axtarır...

“Evimizə bomba düşəndə qorxmadım. Heç kişi də qorxar? Bacımın yanına getdim. Dedim ki, ay Şəhla, qorxma mən yanındayam. Onun qorxudan ayaqları tutulmuşdu, iki gün yeriyə bilmədi. Ermənilər bizim evimizi dağıdıb, onlara nifrət edirəm”, - deyə erməni terrorunun 6 yaşlı şahidi həmin günləri xatırlayır.

Bəxtiyarın anası Lalə Heydərova həmin günlər barədə həyəcansız danışa bilmir: “Ayın 4-ü, 5-i, 8-i atılan bütün raket zərbələrini görmüşdük. Oktyabrın 11-i idi. Hamımız yatmışdıq. Qəfil gurultu səsinə oyandıq, yer-göy titrədi. Gözümüzü açanda dağıntılar içində idik. Tez telefonun işığını yandırdım. Elə anda, öz evində belə nəyin harada olduğunu unudursan. Evimiz tanınmaz vəziyyətdə idi. İşığı uşaqların üzərinə salanda gördüm ki, hər şey onların üstünə yıxılıb. Qızımın ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Bəxtiyarın üzü-gözü qan içində idi. Lakin bu vəziyyətdə bacısını qucaqlayıb deyirdi ki, “Şəhla, qorxma mən sənin yanındayam”.

Lalə Heydərova deyir ki, ailəsi təcili tibb yardım və xilasetmə qruplarının köməyi ilə dağıntılar arasından çıxarılıb.

“Bəxtiyarın təcili yardım maşınında gülümsəməsi mənə sanki təpər verdi. Həmin vaxt oğlumdan güc aldım. Bütün dünya onun timsalında xalqımızın əyilməzliyini, mərdliyini gördü. Azərbaycan əsgəri bu qisası yerdə qoymadı, torpaqlarımızı yağı düşməndən azad etdi. Yaşasın ordumuz, yaşasın Prezidentimiz”,- deyə Bəxtiyarın anası bildirib.



Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş “Scud” ballistik raket sistemi ilə atəşə tutub. Nəticədə uşaq, qadın, qocalar da daxil olmaqla, dinc insanlar həlak olub və yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Ermənistan məqsədli şəkildə mülki əhalini hədəf seçməklə beynəlxalq humanitar hüquq normalarını, xüsusilə də Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda, 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə pozub.

Xəbər 1601 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb

18.09.2024  12:36 

Sabah hava necə olacaq?

17.09.2024  16:24 

İlqar Mustafayev həbs edilib

16.09.2024  19:23 

Tuncelidə zəlzələ olub

16.09.2024  19:18 

Marmaris: Egeyin incisi

15.09.2024  16:09 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +