“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


26.07.2023  17:47 

Yüklər Laçın sərhəddindən buraxılmamalıdır... - Politoloq





A+  A-

Ermənistandan göndərilən yüklər Laçın sərhəddindən buraxılmamalıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib.

Siyasi şərhçi qeyd edib ki, Ermənistan hakimiyyətinin Humanitar yük adı altında maşın karvanının Qarabağa göndərilməsi təxribatdır:

“Laçınla sərhəddə dayanan yük avtomobillərini Azərbaycan sərhəddən buraxmamalıdır. Ermənistan bununla Azərbaycan üzərində psixoloji -siyasi üstünlük qazanmağı planlayır. Humanitar yüklər yalnız sərhəddə Rusiya sülhməramlı qüvvələrinin yük avtomobilinə yüklənərək keçidinə izacə vermək olar. Bu, həlledici məqamdır.

Ermənistan bununla Azərbaycana qarşı beynəlxalq təzyiqi formalaşdırmağa çalışır.
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ daxil Azərbaycan ərazisini tanıyıb. Belə olan təqdirdə Ermənistan rəhbərliyi tərəfindən yüklərin göndərilməsi siyasi avantüradır.

Azərbaycan artıq Ermənistandan Qarabağa daxil olan qaz, elektrik, İnternet və teleradio yayımını da kəsməlidir. Ermənistan və Qarabağdakı separatçılara güzəştə getmək, zəiflik və məğlubiyyət kimi qəbul ediləcək”.

Xəbər 534 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +