Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama
Xomeyni Qəzza deməyib, Fələstin deyib, ay iranlılar! - Mübariz Əhmədoğlu


18.11.2021  10:56 

Yaşasın kasıbların ordusu!.





A+  A-

Bilirsiniz niyə şəhidlər ancaq kasıb evlərdən çıxır?

Şəhid dəfnlərindən görüntülər yayılanda hamının diqqəti yönəlir o uçuq-sökük daxmalara, təmirsiz evlərə...

Bilirsiniz niyə şəhidlər ancaq belə kasıb evlərdən çıxır?

Çünki Azərbaycan ordusu dövlətin yeganə strukturudur ki, tam əksəriyyəti kasıb övladlarından təşkil olunub. Hətta hansısa zabitdən aşağı rütbəyə görə də kasıb övladları 3-5 min pul verib gəlirlər Vətənə xidmət etməyə.

Mənim şəhid olan dostum heç verdiyi pulu maaş olaraq almadan şəhid oldu...

Təsəvvür edirsiniz?

Necə anormal quruluşdursa Vətənə xidmət etməyə görə də pul (rüşvət) verirsən!!! Dünyada yəqin ki, bunun analoqu yoxdur.



Orduda təsadüfən imkanlı ailənin övladı olan zabitlərlə qarşılaşmaq olur. Şəxsən mənim də belə tanıdığım var. Elə bu statusu yazanda da həmin dostumuz gözümün önünə gəlir. Amma onlara qarşı da ordu içində maraqlı münasibət var. Əksər adamlar elə üzünə deyirdi ki, "sən dəlisən". Çünki heç kim başa düşə bilmirdi o adam imkanı ola-ola orduda bu əziyyəti niyə çəkir? Özü də utanır deyə ki, mən vətənpərvərəm, ona görə sizin yanınızdayam.

Orduda lap varlı adamlar da var. O varlı adamlar adətən orduda pul qazanma imkanı olan, ən ağır işi ancaq "razvoda" çıxmaqdan ibarət olan yerlərdə olur. Hamısı da "yuxarıya" bağlı adamlardır. Bu adamlar heç vaxt orduda əksəriyyətin çəkdiyi əziyyətli xidməti görməyiblər. Sürətlə rütbələri qalxaraq bir yerlərdə gəlib oturublar.

Orduda da həmişə əziyyətlə xidmət edən adamların bu tiplərdən xoşları gəlməz. Onların briqadaları yoxlamağa gələrkən verdiyi tapşırıqları görəndə isə adamın az qala ürəyi bulanır...

Şəhidlərimizin ruhları şad olsun.

Hələ də orduda əziyyətimizi çəkənlərə isə xoşbəxt gələcək arzulayıram.

Yaşasın kasıbların ordusu!

Fərəc Kərimli
Müsavat başqanının müavini,
2-ci Qarabağ savaşçısı - zabit

Xəbər 2885 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video


BÜTÜN XƏBƏRLƏR +