“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


13.11.2021  12:48 

Terror aktı törədən ermənini kim cəzalandırmalıdır?





A+  A-

Bu gün səhər saatlarında Xankəndi-Şuşa yolunda Azərbaycan Ordusu ilə Rusiya sülhməramlı kontingentinin birgə postlarından birində terror aktı baş verib.

Yük maşınında posta yaxınlaşan erməni milliyətindən olan şəxs gözlənilmədən qumbara çıxararaq postun Azərbaycan hərbçiləri dayanan hissəsinə atıb. Vaxtında ərazidən uzaqlaşa bilən hərbçilərimiz ağır xəsaərtlər almayıb.

Bəs terror aktını törədən Ermənistan vətəndaşı Norayr Mirzoyan kim tərəfindən cəzalandırılmalıdır?

XəzərNews.az xəbər verir ki, Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Modern.az-a danışarkən sülhməramlıların terrorçunu Azərbaycana verməli olduğunu söyləyib.

"Bu cinayət bizə qarşı, bizim öz ərazimizdə törədilib, cəzasını da biz verməliyik. Erməni terrorçunu Azərbaycan Məhkəməsi mühakimı etməlidir. Sülhməramlıların və ya kiminsə hər hansı iddiası varsa haqsız və ədalətsiz iddiadır”.

Deputatın fikrincə, erməni tərəfinin cinayətləri bundan sonra da çox olacaq.

“Bu terror, cinayət nə birincidir, nə də sonuncu olacaq. Nə qədər ki, bu murdar millətlə sərhəd təmasında yaşayırıq, nə qədər ki, onların tör töküntüləri Qarabağda qalmağa davam edir, tərksilah olunmurlar bu hadisələr olacaq. Bir məsəl var ilanın quyruğunu tapdalayıb, sağ buraxmaq olmaz. İndi biz bu murdar millətin quyruğunu tapdalamışıq, başınıda əzməliyik".

Qeyd edək ki, ilkin ehtimallara görə, hadisaəni törədən şəxsin adı Norayrdır və o, Xankəndi şəhər sakinidir. Onun terror aktı üçün istifadə etdiyi qumbara isə RQD-5 qumbarasıdır. Hazırda sülhməramlılar terrorçunu saxlayıblar.


Xəbər 1614 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +