İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.11.2018  15:46 

“Mən deməmişəm ki, 143 manat bir aya bəs edir” - Hadı Rəcəbli





A+  A-

Sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin adından tirajlanan bir xəbər geniş müzakirələrə səbəb olub. İddia olunur ki, Milli Məclisin son iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı H.Rəcəbli gələn il üçün yaşayış minimumunun 143 manat səviyyəsində müəyyənləşdirilməsini normal qiymətləndirib. Və deyib ki, “143 manata bir ay normal yaşamaq olar”.
XəzərNews.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az saytına açıqlamasında bu dəfə də onun adından yayılan məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb:

“Yəqin ki, həmin iclası izləyən parlament jurnalistləri də təsdiqləyər ki, mən belə bir söz deməmişəm. Mən söyləməmişəm ki, 143 manat ehtiyac meyarı ay ərzində insana bəs edir. Demişəm ki, 2019-cu il üçün nəzərdə tutulan ehtiyac meyarı ötən ildəkindən 13 manat çoxdur. Bu da 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaradacaq və yaxşı haldır. Mən deməmişəm ki, 143 manat insanların dolanışığına bəs edir. Belə bir söz deməmişəm. Bir öyrənin daha sonra yazın da... Ehtiyac meyarının həddi onun üçündür ki, ünvanlı sosial yardım müəyyənləşdirilən zaman bu rəqəm əsas götürülsün”.

Hadi Rəcəbli sosial şəbəkələrdə onu ittiham edənləri vicdanlı olmağa çağırıb.

Xəbər 1217 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +