“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


31.01.2018  14:58 

Məmmədyarov Berdiməhəmmədovla görüşüb





A+  A-

Xarici işlər naziri Elmar ürkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
XİN-dən XəzərNews.az-a daxil olan məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistan Respublikasına rəsmi səfər çərçivəsində prezident Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.

Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.

Xəbər 1076 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +