İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


11.12.2023  16:29 

Mətanət - Canana davası yeni mərhələdə...





A+  A-

“Keçmiş ərim Kərimin xanımı oğlum Tuncayın üzünə qapını açmadığına görə Mətanət xanım onu danlayıb. Mətanət xanım çox peşman olacaq. Mən uşaqlarım üçün mübarizə aparıram. Düzdür, söylədiyim fikirlərə görə qadınlar məni qınayırlar. Onlar yazırlar ki, ana deyilsən. Onlara demək istəyirəm ki, mən övladlarıma görə mübarizə aparıram. Ana olaraq da bu mübarizəmi sona kimi aparacağam. Heç kim bunun qarşısını ala bilməyəcək”.

Xəzərnews.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artisti Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Vaqifqızı) qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Canana sosial şəbəkələrdə hərəkətlərinə görə onu qınayanlara cavab verib:

“Övladlarımın haqqı, şəraiti və rahatlığı nədirsə, mən onu istəyirəm. Analar mənə yazırlar ki, get, süpürgəçi ol... Niyə uşaqlarıma zülm verməliyəm? Xeyr! Bu, Mətanət İsgəndərlinin nəvələridir və mən onlara nəyə zülm verməliyəm? Biri var ki, uşaqlar kasıb ailədə dünyaya gələ... Mətanət xanımın şəraiti də var... Nəyə görə həm mən, həm də uşaqlarım zülm çəkməlidir?! Mən haqqımı tələb edirəm”.

Canana M.İsgəndərliyə görə iş tapa bilmədiyini vurğulayıb:

“Maddi vəziyyətimi düzəldə bilmirəm. Çox çətindir. Adi restorana getdim ki, iş tapım, oxuyum. Dedilər, Mətanət İsgəndərliyə görə götürə bilmərik. Mətanət xanımın adını eşidən kimi mənimlə heç bir iş görmək istəmirlər”.

Xəbər 417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +