İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.08.2023  10:46 

Paris Bakıya qarşı: Diplomatik ittifaq yaratmağa çalışır





A+  A-

Şənbə günü Fransanın xarici işlər naziri Ketrin Kolonna Çinin xarici işlər naziri Vanq Yi ilə telefon danışığı olub.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, iki ölkənin xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında münaqişə və Dağlıq Qarabağda, Ukrayna və Nigerdə vəziyyət, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə edib və məsləhətləşmələr aparıblar.

Fransa xarici Laçın dəhlizi ilə bağlı tələblərini təkrarlayıb.

Bəs, Laçın dəhlizi, Qarabağdakı humanitar vəziyyət və Nigerdəki hərbi çevrilişin eyni zamanda nəzərdən keçirilməsi sırf diplomatik aktuallığa görədirmi?

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə çağırılmış iclasında Fransanın BMT-dəki daimi nümayəndəsi Natali Estival-Brodhörst Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyatın qeyd-şərtsiz bərpasına çağırmış, Çinin BMT-dəki səfirinin müavini Gen Şuan isə məsələnin diplomatiya və məsləhətləşmə yolu ilə həllini təklif etmişdi.



Nigerdə fransızpərəst hakimiyyətin rusiyapərəst hərbçilər tərəfindən devrilməsindən sonra Afrikada Fransa-Rusiya toqquşması gizlədilməsi mümkün olmayan reallıq kimi ortaya çıxır. 2010-cu illərin əvvəllərindən bəri Fransanın Afrikada Türkiyə ilə toqquşması da sirr deyil.

Azərbaycanın Qoşulmama Hərəkatı vasitəsilə keçmiş Fransa müstəmləkələrinə etdiyi çağırışlar da Fransa tərəfindən sadəcə onları ermənipərəst mövqedən daşındırmaq üçün diplomatik təzyiq kimi deyil, Türkiyə və ya Rusiya cəbhəsində yer almaq kimi qiymətləndirilir.

Görünür, Təhlükəsizlik Şurasındakı iclasın yekunlarından narazı qalan Fransa indi Azərbaycana qarşı diplomatik cəbhə formalaşdırmağa çalışır. Bunun qarşılığında təklif ediləcək uzlaşma nöqtəsi də var-Afrikdakı maraqları birgə qorumaq.

Cəmaləddin Quliyev
Siyasi şərhçi


Xəbər 676 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +